• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda idmançılar da hökumətdən narazıdır

Ermənistanda idmançılar da hökumətdən narazıdır
25.08.2017 16:36
Ermənistanın iri şəhərlərindən olan Gümrünün olimpiya mərkəzinin heyəti ölkənin İdman Nazirliyindən narazılıq edir.

İdmançılar çalışdıqları kompleksin qəza vəziyyətində olduqlarını bildirirlər. Ona görə də valideynlər bir müddət sonra uşaqlarını buraya göndərməkdən imtina etmək qərarına gəliblər.

Məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına dəfələrlə müraciət olunsa da, problem həllini tapmır. Onlara İdman Nazirliyinin büdcəsində əsaslı təmir üçün vəsaitin çatışmadığı cavabı verilir.

Nazirliyin gənclərlə iş şöbəsinin müdiri Qraçya Rostoçyan jurnalistlərə olimpiya kompleksinin yaxşı vəziyyətdə olduğunu deyib. Bu fikir də kollektivi qəzəbləndirib.

Mərkəzdən bildirilir ki, iki il əvvəl mərkəzin yenidən qurulması üçün xaricdən göndərilən iki milyon dram vəsait mənimsənilib.

Ermənistanda müxtəlif idman növləri üzrə baş məşqçilər də hökumətin ölkə idmanına laqeyd münasibətindən gileylənirlər. İdmançılar bu cür şərtlər altında çalışa bilmədiklərini deyirlər. Qeyd edilir ki, bütün idman kompleksləri sovet dövründən qalmadır və əksəriyyəti də istismara yararsız olduğu üçün bağlanıb.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol