• $
  • €
  • ₽
  • ₺
  • £

FED rəhbəri: "Faiz artımı davam edəcək"

FED rəhbəri: "Faiz artımı davam edəcək"
16.10.2017 11:01
"ABŞ iqtisadiyyatında bu il ən böyük sürpriz inflyasiya olub". "APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) rəhbəri Canet Yellen bildirib.
 
Ölkə iqtisadiyyatının bu il mülayim şəkildə artdığını deyən C. Yellen əlavə edib ki, Texas, və Floridada baş verən təbii fəlakət üçüncü rübdə iqtisadi artım tempinə təsirsiz ötüşməyəcək, lakin bu proses uzunmüddətli olmayacaq. Onun fikrincə, istehlakçıların xərcləri, özəl sektorun yatırımları və ixracatçıların dəstəyi ilə bu il iqtisadi artım tempi 2,5% təşkil edəcək.

FED rəhbəri bildirib ki, avqust ayında ölkədə 170 min nəfər işsiz var ki, bu da işsizliyin 4,2% səviyyəsində olmasından xəbər verir: "Fikrimcə, növbəti aylarda işsizlik ciddi şəkildə azalacaq".

İnflyasiyaya toxunan baş bankir deyib ki, son aylar ərzində bu göstərici olduqca zəif olub: "İnflyasiyada son zamanlar izlədiyimiz zəiflik əsl sürpriz oldu. Düzdür, buna bəzi xidmətlər üzrə qiymətlərin azaldılması da təsir edib. Buna baxmayaraq, bu cür sürprizlər bizi çaşdırmamalıdır. Mənim proqnozlarıma əsasən, gələn il inflyasiya artım nümayiş etdirəcək. FED rəhbərliyində təmsil olunan bir çox məsləkdaşlarım da analoji proqnoza malikdir. Gələn il artıma başlayan inflyasiya 2019-cu ildə 2% səviyyəsinədək yüksələ bilər".

C. Yellen qeyd edib ki, rəhbərlik etdiyi qurum bu aydan etibarən 4,5 trln. dollar həcmində olan balansın azaldılmasına (ayda 10 mlrd. dollar) başlayacaq. Onun sözlərinə görə, uçot dərəcəsinin artırılması prosesi davam etdiriləcək və FED rəhbərliyi buna müsbət baxır. Buna baxmayaraq, C. Yellen 12-13 dekabr tarixlərində keçiriləcək iclasda uçot dərəcəsinin artırılıb-artırılmayacağına dair siqnal verməyib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol