• $
  • €
  • ₽
  • ₺
  • £

İtaliyada iki yeni muxtar respublika

İtaliyada iki yeni muxtar respublika
23.10.2017 11:00
İtaliyanın şimalında yerləşən Lombardiya və Venetonun sakinləri öz bölgələrinin muxtariyyəti lehinə səs veriblər.

Anews.az bu barədə "Associated Press”ə istinadən xəbər verir.

Səslərin sayılmasının formal olaraq hələ bitməməsinə baxmayaraq, hər iki bölgənin rəhbəri referendumun nəticəsini elan edib. 

Lombardiyada muxtariyyətinin lehinə 95%, Venetoda isə 98% səs verilib.

Kataloniyadan fərqli olaraq, Lombardiya və Venetoda referendum İtaliya hökuməti tərəfindən razılaşdırılmış və tam qanuni əsaslarla keçirilmişdi.

Agentlik qeyd edir ki, səsvermənin nəticələri İtaliyanın tamlığı və iqtisadi rifahına ciddi zərbə ola bilər. Belə ki, Lombardiya və Venetonun payına İtaliya ÜDM-nin 30%-i düşür, bu bölgələrin əhalisi isə ölkə elektoratının, demək olar ki, dörddə birini təşkil edir.

Xatırladaq ki, oktyabrın 22-də Lombardiya və Venetoda muxtariyyətin genişləndirilməsi haqqında referendum keçirilib. Hər iki bölgənin lideri bölgə maliyyəsinin istifadəsi zamanı daha çox sərbəstlik verən xüsusi statusa nail olmaq istəyir. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol