Ukraynada üç azərbaycanlı saxlanıldı

Ukraynanın Zaporojye vilayətində mütəşəkkil cinayətkarlıqda şübhəli bilinən 3 azərbaycanlı saxlanılıb.
Anews.az-ın məlumatına görə, axtarış zamanı onların üzərindən əl qumbaraları, odlu silah və güllələr götürülüb.
Polis "Mercedes” markalı avtomobildə hərəkət edən cinayətkarları izləyərək yaxalayıb. Məlum olub ki, nəqliyyat vasitəsi Dneprdən oğurlanıb.
Azərbaycanlılar Ukrayna Cinayət Məcəlləsinin "Qanunsuz nəqliyyat vasitəsi əldə etmək”, "Silah və döyüş sursatı ilə qanunsuz davranma” və "Dələduzluq” maddələri ilə ittiham olunacaqlar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















