• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanda dollar bahalaşdı

Gürcüstanda dollar bahalaşdı
21.11.2017 12:00
Gürcüstanda ABŞ dollarının məzənnəsi tarixi rekord həddə yaxınlaşıb.

Anews.az FED.az-a istinadən xəbər verir ki, dünən Gürcüstanın nağd valyuta bazarında dolların məzənnəsi 2,7250 lari səviyyəsinə çatıb və hazırda 2,70 GEL/USD səviyyəsində qərarlaşıb. Qeyd edək ki, Gürcüstanda dolların tarixi rekord həddi 2016-cı il dekabrın 22-də (2,8205 lari) qeydə alınıb. Hazırda isə məzənnə tarixi rekord həddən 4,3% aşağıdır.

Xatırladaq ki, son bir ayda Gürcüstanda dollar 10% bahalaşıb.

Gürcüstan Mərkəzi Bankı dolların bahalaşması ilə bağlı yaydığı bəyanatda bildirib ki, baş verən proses movsümi amillərlə əlaqəlidir və müvəqqəti xarakter daşıyır: "Əgər Mərkəzi Bank məzənnənin artmasında inflyasiya riskini müşahidə edərsə, valyuta bazarına zəruri müdaxilə olunacaq".

Gürcüstan dolların bahalaşmasının səbəbini regionda əsas ticarət tərəfdaşları olan Rusiya və Türkiyədə analoji prosesin getməsi ilə əlaqələndirir: "Bu dəfə dollarda bahalaşma müvəqqəti hal olsa da, 2018-ci ildə bütün region ölkələrində və qlobal valyuta bazarında dolların bahalaşması qaçılmaz olacaq".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Угроза взрыва на борту самолета Wizz Air
Dünya 18:20
Угроза взрыва на борту самолета Wizz Air
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol