• $
  • €
  • ₽
  • ₺
  • £

Tbilisidə antiterror əməliyyatı

Tbilisidə antiterror əməliyyatı
28.05.2020 18:13
Tbilisidə İsani rayonunun Qabriel Salos küçəsində gecə saatlarında başlayan antiterror əməliyyatı davam edir.
 
APA-nın yerli bürosunun məlumatına görə, indiyə qədər hadisə yerində atışma və partlayış səsləri eşidilir. Xüsusi əməliyyat adıçəkilən küçədə yerləşən yaşayış binasında terror təşkilatları ilə əməkdaşlıqda şübhəli bilinən iki xarici vətəndaşın saxlanılması istiqamətində aparılır. Sakinlər yaşayış binasından təxliyə edilir. Hadisə yerinə əlavə polis qüvvələri, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.
 
Antiterror əməliyyatı ilə əlaqədar olaraq Qabriel Salos küçəsində yerləşən 97 saylı məktəbdə dərslər ləğv olunub
 
***
 
07:15
 
Tbilisinin ətrafında bir neçə saatdır antiterror əməliyyatı davam etdirilir, hadisə yerindən atışma və partlayış səslərinin eşidildiyi bildirilir.
 
APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, hazırda xüsusi təyinatlılar şübhəli şəxslərin olduğu binaya daxil olmağa çalışırlar.
 
"Bu dəqiqələrdə şübhəli şəxslərin olduğu binaya daxil olmaq istiqamətində əməliyyat keçirilir. Bir neçə dəfə güclü partlayış səsi eşidilib, atışma davam edir”, - deyə İnterpressnews.ge saytının məlumatında bildirir.  
 
Gürcüstanın "Birinci kanal”ının məlumatına görə, xüsusi əməliyyat keçirilən əraziyə yaxın binalardan sakinlər təxliyə edilib. Şübhəli şəxslərin olduğu bina xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb.
 
Bundan əvvəl bildirilmişdi ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Tbilisidə antiterror əməliyyatı keçirir, mühasirəyə alınan şübhəli şəxslər xüsusi təyinatlılara atəş açıb.   Qurumun məlumatında bildirilir ki, əməliyyat Tbilisinin İsani-Samqor rayonunda keçirilir.
 
Şübhəli şəxslərin olduğu bina mühasirəyə alınıb, sakinlərin təhlükəsizliyi təmin edilib.
 
"Rustavi-2” telekanalı bildirib ki, əməliyyatın məqsədi terror təşkilatları ilə əlaqədə şübhəli bilinən iki xarici vətəndaşın saxlanılmasıdır.  
 
**** 03.28
 
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Tbilisidə antiterror əməliyyatı keçirir, mühasirəyə alınan şübhəli şəxslər xüsusi təyinatlılara atəş açıb. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun məlumatında bildirilir.
 
Məlumata görə, əməliyyat Tbilisinin İsani-Samqor rayonunda keçirilir.
 
Şübhəli şəxslərin olduğu bina mühasirəyə alınıb, sakinlərin təhlükəsizliyi təmin edilib. "Rustavi-2” telekanalı bildirib ki, əməliyyatın məqsədi terror təşkilatları ilə əlaqədə şübhəli bilinən iki xarici vətəndaşın saxlanılmasıdır.  

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol