• $
  • €
  • ₽
  • ₺
  • £

Mahmud Abbas dünya dövlətlərinə müraciət edib

Mahmud Abbas dünya dövlətlərinə müraciət edib
29.05.2020 05:34
"İƏT-ə üzv ölkələr ABŞ-la münasibətlərini yenidən müəyyənləşdirməlidir”. 
 
APA-nın məlumatına görə, bunu Fələstin rəhbəri Mahmud Abbas İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə toplantısında çıxışında deyib.
  
M. Abbas bildirib ki, Avropa İttifaqı İsrailin işğal etdiyi ərazilərdə istehsal olunan məhsulların satın alınmasına qadağa qoyub: "Bu qərar tam icra olunmur. İƏT də belə qərar qəbul edə bilər. Fələstin hakimiyyəti ABŞ konsulluğu ilə əlaqələri dayandırıb. Bu, çətin addımdır və müsəlman ölkələri də belə addım ata bilər. Dünya dövlətlərini İsrail dövlətini tanımaq barədə qərarlarını ləğv etməyə də çağırıram. İsrail qurulduqdan sonrakı dövrdə BMT-nin heç bir qərarını yerinə yetirməyib. İsrail BMT qərarlarını yerinə yetirmək şərti ilə bu quruma qəbul olunub, ancaq BMT-nin heç bir qərarını yerinə yetirməyib”.
  
M. Abbas iki dövlətli həll variantına tərəfdar olduqlarını nəzərə çatdırıb: "Dünyada Fələstini tanıyan dövlətlərin sayı İsraili tanıyan dövlətlərin sayından çoxdur. ABŞ veto qoysa da, biz BMT-yə üzv olmaq üçün ardıcıl fəaliyyətimizi davam etdirəcəyik. İsraillə aramızda dostluq anlaşması var, İsrail buna riayət etməzsə, biz də bu sazişi nəzərə almayacağıq. Biz işğal altındayıq, İsrailə deyəcəyik ki, işğal altında olduğumuz üçün kanalizasiya, digər infrastruktur layihələri yerinə yetirsin. 1 milyard dollar büdcəyə malik bir dərnək yaradılarsa, Qüdsdə gənclərin təhsillərinə davam etdirməsinə nail ola bilərik”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol