• $
  • €
  • ₽
  • ₺
  • £

"iPhone"lar yeni batareya ilə təchiz ediləcək

"iPhone"lar yeni batareya ilə təchiz ediləcək
14.12.2017 22:46
"Apple" şirkəti "OLED" ekranlı gələcək smartfonlar üçün "L" hərfi şəklində olan batareyaların hazırlanması ilə məşğuldur.

Anews.az ICTnews-a istinadən bildirir ki, "KGI Securities" şirkətinin analitiki Minq-Çi Kuonun sözlərinə görə, gələcək modellərin akkumulyator tutumu artırılacaq. Yeni batareyaların tədarükçüsü qismində Cənubi Koreyanın "LGC" şirkətinin çıxış edəcəyi gözlənilir.

Məlumata görə, smartfonların ölçüləri azaldıqca istehsalçılar daxili elementlərin yerləşdirilməsi üzrə məhdudiyyətlərlə üzləşirlər. Batareya, adətən, telefon konstruksiyasında ən böyük hissələrdən biri olur və qurğunun qalınlığına və xarici görünüşünə təsir göstərir.

Akkumulyatoru gücləndirməklə yanaşı, "iPhone X" modelinin innovativ lakonik dizaynını saxlamaq üçün "Apple" şirkəti batareyanı cütlənmiş - latın qrafikasının "L" hərfi formasında hazırlayıb. Yeni qurğunun təqdimatı ərəfəsində batareyanın birkomponentli olacağı ilə bağlı şayiələr dolaşsa da, istehsalçıların planlarının həyata keçməməsi səbəbindən iki akkumulyator bir modulda birləşdirilib.

"Apple" və "LGC" şirkətləri əməkdaşlıq qura biləcəyi təqdirdə növbəti ildə "OLED" ekranlı 5,8 düym diaqonallı və akkumulyator tutumu 2 900 milliamper/saatdan 3 min milliamper/saatadək "iPhone" modeli və akkumulyator tutumu 3 300 milliamper/saatdan 3 400 milliamper/saatadək 6,5 düym diaqonallı versiya təqdim oluna bilər.

Müqayisə üçün qeyd edək ki, "iPhone X" modelində enerji elementinin tutumu 2,716 milliamper/saata bərabərdir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol