• $
  • €
  • ₽
  • ₺
  • £

Netanyahu: BMT yalançılar evidir

Netanyahu: BMT yalançılar evidir
21.12.2017 19:23
İsrailin baş naziri Benyamin Netanyahu BMT-nin İsraillə bağlı siyasətini kəskin tənqid edib.

Anews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, B. Netanyahu BMT-ni yalançılar evi adlandırıb.

Onun sözlərinə görə, BMTtanısa da, tanımasa da, Qüds İsrailin paytaxtıdır: "ABŞ-ın Yerusəlimi bizim paytaxtımız kimi tanıması üçün 70 il lazım oldu, indi də BMT-nin eyni qərar verməsi üçün bir neçə il lazımdır. Müxtəlif qitələrdə İsrailə olan münasibət sürətlə dəyişir və bu, BMT-yə təsir edə bilməz, lakin vaxt lazımdır”.

O, ABŞ-dan sonra digər ölkələrin də səfirliklərini Yerusəlimə köçürməklə bağlı qərar qəbul edəcəyə dair ümidvar olduğunu ifadə edib.

Qeyd edək ki, bu gün BMT-nin Baş Assambleyasının təcili iclasında ABŞ-ın Qüdsü İsrailin paytaxtı qismində tanınması ilə bağlı qərarı müzakirə ediləcək. ABŞ-ın qərarına dair səsvermə keçiriləcək. Qərarı pisləyən qətnamənin qəbulu gözlənilir.

İclas İslam Əməkdaşlıq Təşkilatı adından çıxış edən Türkiyə və Yəmənin təşəbbüsü ilə çağırılıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dekabrın 6-da Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə bəyanatla çıxış edib. Ağ evin başçısı, həmçinin ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi üçün Dövlət Departamentinə göstəriş verib. Bu addım bir çox dünya liderləri və beynəlxalq təşkilatlar tərəfindən etirazla qarşılanıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol