• $
  • €
  • ₽
  • ₺
  • £

İranda etirazçıları güllələdilər - VİDEO

İranda etirazçıları güllələdilər - VİDEO
28.05.2020 18:13
Dekabrın 28-dən etibarən İranı bürüyən kütləvi etirazlar davam edir.

 Virtualaz.org xəbər verir ki, etirazlar paytaxt Tehranda da baş qaldırıb və polislə toqquşmalar, hökumət binalarına hücum cəhdləri ilə müşaiyət olunub.

"Reuters”in bildirdiyinə görə,, Dorud şəhərində polis iki nümayişçini güllələyib. Sosial şəbəkələrdə yayılan kadrlara əsasən iki gənc qan içində yerdə uzanıb, kadr arxasından səs isə bildirir ki, onlar polisin açdığı atəşlə vurulublar.

Videokadrlarda nümayişçilərdən biri qışqırır: "Mənim qardaşımı öldürənləri öldürəcəm!”

İran hakimiyyətinin nümayəndəsi ölkə televiziyası ilə bəyan edib ki, Dorud şəhərində iki nümayişçini polis yox, "xarici agentlər” güllələyib.

Dorud şəhərindən yayılmış digər videokadrlarda nümayişçilər "Diktatora ölüm!” şüarları qışqırırlar, ehtimal ki, onlar ali dini lider Əli Xamneyini nəzərdə tuturlar. Ölkənin şimal-şərqindəki Məşhəd şəhərində isə üç gündür ara verməyən nümayişlər zamanı etirazçılar polis maşınlarını aşırıb, asayiş keşikçilərinin motosikletlərini yandırıb.

Tehranda 70-dən çox tələbə ölkənin əsas universitetinin binası qarşısında toplaşaraq polisi daşa basıblar və "Diktatora ölüm!” şüarı səsləndiriblər.
Universitetə yaxın küçələrdə isə polis etirazçıları dağıdıb, onlara qarşı dəyənəklər tətbiq edib. Asayiş qüvvələri etirazçıların iğtişaşlar baş verdiyi yerə cəmləşməsini əngəlləmək üçün iki metro stansiyasını bağlamalı olub. Tehran polisinin rəis müavini şəhərdə vəziyyətin tam nəzarət altında olduğunu bildirib və deyib ki, əgər iğtişaşlar davam etsə etirazçılar dövlətin "dəmir yumruğu” ilə tanış olacaqlar.

Ötən gün dekabrın 30-da İran hakimiyyəti ölkəni bürüyən etirazlara cavab olaraq paytaxt Tehranda öz tərəfdarlarını küçələrə çıxarıb, minlərlə hakimiyyət tərəfdarı və "Bəsic” könüllüləri əllərində Xamneyinin portretlərini tutublar.

Son məlumatlara görə etiraz aksiyaları İranın onlarla şəhərində keçirilir və polislə toqquşmalar baş verir, lakin küçələrə çıxan kütlənin getdikcə aqressivləşdiyi müşahidə olunur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol