• $
  • €
  • ₽
  • ₺
  • £

Rövşən Paşayev Suriyada öldürüldü

Rövşən Paşayev Suriyada öldürüldü
28.05.2020 23:31
İllərdir Suriyada "Əhrarü Şam” radikal islamçı qruplaşmasının tərkibində Bəşər Əsəd rejiminə qarşı döyüşən Azərbaycan vətəndaşı, 2000-ci illərin əvvəllərində "Qarabağ partizanları” işinə görə həbs edilmiş Rövşən Paşayev İdlibdə ölüb.
 
Virtualaz.org xəbər verir ki, radikal islamçılara yaxın türk saytı "Timetürk.com” onun ölümü ilə bağlı nekroloq yayıb.


Orada deyilirdi ki, dini ləqəbi "Ömər” olan Rövşən Paşayev Tərtərdə anadan olub və yaşayıb. Qarabağ müharibəsi başlayanda polis sıralarında ermənilərə qarşı döyüşüb. 2000-ci illərin əvvəllərində radikal vəhabilərin sırasına qoşulub və bir müddət Çeçenistanda döyüşüb. 2003-cü ildə bir qrup Qarabağ müharibəsi veteranı ilə işğal altındakı Azərbaycan ərazilərində partizan hərəkatı başlatmaq üçün hazırlıqlara başlayıb. Lakin Rövşən Paşayev və həmin qrupun digər üzvləri qanunsuz silahlı birləşmə yaratmaq ittihamı ilə həbs olunublar.


2005-ci ildə həbsdən buraxılan R.Paşayev yenə dinc dayanmayıb və bu dəfə Əfqanıstana gedib, "Taliban” qruplaşmasının sıralarında NATO qüvvələrinə qarşı döyüşüb. Bir müddət onra geri qayıdıb, 2011-ci ildə Suriyada üsyan başlayanda R.Paşayev həmin ölkəyə yollanıb. Türkiyədən dəstəklənən "Əhrarü Şam” radikal qruplaşmasının sıralarında Əsəd rejiminə qarşı döyüşməyə başlayıb, bu qruplaşmanın üzvlərinə təlim keçib.


2014-cü ildə Hama ətrafında gedən döyüşlərdə yaralanıb və iki ilə yaxın müalicə alıb. Lakin Suriyanı tərk etməyib. 2016-cı ildə həm aldığı xəsarətlərə, həm Suriyadakı ağır şəraiti görə yenidən yatağa düşüb. 2017-ci il dekabrın 25-də İdlib bölgəindəki xəstəxanalardan birində əməliyyat olunmağı qərara alıb. Lakin xəstəxanada yetərsiz şərait nəticəsində əməliyyatdan sağ çıxmayıb.


Xatırladaq ki, yüzlərlə Azərbaycan vətəndaşı Suriyada gedən döyüşlərdə müxtəlif radikal qruplaşmalarının tərkibində iştirak edib, onlardan bir çoxu döyüşlərdə ölüb, bir çoxu Azərbaycanda qayıdandan sonra həbs olunub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol