• $
  • €
  • ₽
  • ₺
  • £

Xamenei Tehrandan qaçdı - VİDEO

Xamenei Tehrandan qaçdı - VİDEO
31.12.2017 17:05
İranın Ali dini lideri Əli Xameneinin Tehranı tərk etməsi barədə təsdiqlənməmiş informasiyalar yayılmaqdadır.

Axar.az xəbər verir ki, informasiya sosial şəbəkələrdə paylaşılıb. Xameneinin etiraz aksiyalarının şiddətlənməsindən sonra Tehranı tərk etdiyi bildirilib.
Rusiyalı ekspert Anatoli Nesmiyan da öz Feysbuk səhifəsində bu informasiyanı paylaşıb. O, həmçinin, Qasım Süleymaninin artıq İrana qayıtdığını bildirib:
"İranda etirazçılarla hələlik "Bəsic” və İran İslam İnqilabı Keşikçiləri Korpusu üz-üzə gəlir. Artıq Qasım Süleymani də İrana gəlib. Ordu etirazçılara atəş açmaqdan imtina edir. Şayiələrə görə, Xamenei Tehranı tərk edib. Əgər hadisələr belə davam etsə, yaxın günlərdə tam şəkildə destabilizasiya yarana bilər”, – deyə o bildirib.

Qeyd edək ki, İranda etiraz aksiyaları dekabrın 28-dən başlayıb. Etiraz aksiyaları zamanı bahalaşmaya, Suriyadakı müharibəyə etiraz edilib, Xameneinin istefaya getməsi istənilib. 20-dən çox şəhəri bürüyən aksiyalara Cənubi Azərbaycan şəhərləri də qoşulub.

SEPAH-ın məşhur generallarından olan Qasım Süleymanı daha çox xarici əməliyyatlarda iştirak edir. Q.Süleymaninin şəxsi nüfuzuna görə xalqa və orduya təsir edə biləcəyi üçün təcili İrana qayıtdığı qeyd edilir.
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol