• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-dan İrana sarsıdıcı zərbə: milyardlar...

ABŞ-dan İrana sarsıdıcı zərbə: milyardlar...
02.01.2018 18:25
İran enerji resurslarından ildə milyardlarla dollar pul qazansa da, əhalinin vəziyyəti bu gəlirlərə uyğun deyil. Bunun əsas səbəblərindən biri xüsusilə son 5 ildə ölkənin xarici banklarda olan valyuta ehtiyatlarının xeyli hissəsinin ABŞ tərəfindən faktiki mənimsənilməsidir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Nəzakət Məmmədova qeyd edib. O bildirib ki, İranda baş verən etirazlarda əsas tələblərdən biri sosial narazılıqdır:
"İranın xarici banklarda olan 130 milyard dollar pulu bu ölkə nüvə silahı hazırlamaqda şübhəli bilinən dövrdə ABŞ tərəfindən dondurulmuşdu. Nüvə sazişi barədə razılıq imzalandıqdan sonra 2016-cı ildə bu pulun 55 milyard dollarının İrana qaytarıldığı açıqlandı. İran isə faktiki olaraq 32,6 milyard dollar əldə etdiyini bildirdi”.

Politoloq qeyd edib ki, hələ 2000-ci illərdə Qərblə münasibətlərinin kəskinləşdiyini görən İran öz pullarını Çin, Rusiya, Cənubi Koreya, Yaponiya, Tayvan, Türkiyə banklarına köçürməyə üstünlük vermişdi:

"Türkiyə bankları ilə bağlı Zərrab hadisəsi buna misaldır. Lakin ABŞ həmin ölkələrə də müdaxilə edərək onların ABŞ-dakı hesablarını dondurmaqla hədələyib. ABŞ İranın 56 milyard dollarını qaytarmaqdan imtina edib. Dövlət katibi Kerri də bəyan etmişdi ki, bu, İranın borclarının ödənilməsinə sərf edilib.
 
"Borcun ödənilməsi” dedikdə isə 1983-cu ildə Beyrutda partlayış zamanı 200-dən çox amerikalı hərbçinin ölməsi və bunda İranın günahlandırılmasından söhbət gedir. ABŞ ölənlərin ailəsinə kompensasiya vermək üçün bu pulları müsadirə etdiyini bildirib və ABŞ Ali Məhkəməsi bu barədə qərar çıxarıb. İran isə Beynəlxalq Məhkəməyə müraciət edəcəyini və pullarını geri alacağını bildirib”.

Politoloqun sözlərinə görə, görünür, ABŞ həm də bu yolla İran iqtisadiyyatını çökdürməyə və əhali arasında narazılıq yaratmağa çalışır.
Qeyd edək ki, İranda etiraz aksiyaları dekabrın 28-dən başlayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol