• $
  • €
  • ₽
  • ₺
  • £

Saakaşvili barəsində həbs qərarı çıxarıldı

Saakaşvili barəsində həbs qərarı çıxarıldı
05.01.2018 15:06
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili öz vətənində dövlət rəhbəri postunda olarkən səlahiyyətlərindən suistifadə etməkdə təqsirli bilinərək, qiyabi olaraq 3 il müddətinə azadlıqdan məhrum edilib.

Anews.az "Грузия Online”-a istinadən  xəbər verir ki, hökm Tbilisi şəhər məhkəməsinin hakimi Qeorqi Arevadze tərəfindən bu gün oxunub.

İstintaqa görə, Saakaşvili prezident vəzifəsində olan zaman "Birləşmiş Gürcüstan Bankı”nın əməkdaşı Sandro Qirqvlianinin qətli ilə əlaqədar həbsdə olan dörd polis əməkdaşını əfv edib. Sabiq prezidentin bu qərarının Əfv üzrə Dövlət Komissiyası ilə razılaşdırılmadığı bildirilir.

Saakaşvili hal-hazırda  Ukraynadadır. Ölkənin Xarici İşlər Nazirliyi Gürcüstanla ekstradisiya siyasəti ilə bağlı heç bir danışıqların aparılmadığını bəyan edib.

Habelə dekabrın 26-da məlum olub ki, Kiyev dairə inzibati məhkəməsi Ukrayna ədliyyə nazirinə Saakaşvilinin ekstradisiyasına qadağa qoymaqdan imtina edib.

Yanvarın 3-də həmin instansiya  Ukrayna Dövlət Miqrasiya Xidmətinin Kiyev vilayəti üzrə İdarəsinin siyasətçinin əlavə mühafizə istəyən siyasi şəxs olaraq tanınması üçün tələb olunan sənədləri rəsmiləşdirməkdən imtina etməsinin tam qanuni olduğunu elan etmişdi.

Xatırladaq ki, Saakaşvili 2004- 2013 cü illərdə Gürcüstanın dövlət başçısı olub, sonradan isə ölkəni tərk edib. Vətənində ona qarşı bir neçə maddə üzrə cinayət işı açılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol