• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan Rza Zərraba görə ABŞ-ı sərt tənqid etdi

Ərdoğan Rza Zərraba görə ABŞ-ı sərt tənqid etdi
10.01.2018 17:30
"Hüquq başqadır, qanun, ədalət başqa. Ədalətin olmasına xidmət etməyən hüquq da, qanun da toplum üzərində hökümsüzdür”. 

AzVision.az-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət Şurasının toplantısında bildirib.

"2015-ci il iyulun 15-də dövlət çevrilişinə cəhd günü və səhəri dünyanın ədalətini gördük. Dövlət çevrilişi edənlər ölkənə gəlir, qoruyursan, geri qaytarmırsan. Nə imiş? Qərb, ədalətli davranıb. Bunlarda ədalət yoxdur. Özümüzü aldatmayaq. Ədalət buradadır. 

1999-cu ildə Türkiyədən qaçıb gedən terrorçunu ABŞ-da bəsləyən şəxslərdən onun bizə təhvil verilməsini istəyəndə, bunu edirlər? Amma, onlar bizdən 12 terrorçunun təhvil verilməsini istəmişdilər. 15 il ərzində xoş niyyətimizi göstərdik və onları təhvil verdik. Bütün dosyeləri göndərmişik. Terrorçuları bizə verin deyəndə vermirlər. Onlar hüquqa, qanuna zərrə qədər hörmət etmirlər. Əksinə, siyasi qərarlarla Türkiyəyə meydan oxumaq yolunu tutublar. Mən bu məsələdə fərqli mövqedəyəm. Onların belə qərarlarına qətiyyən hörmət etmirəm. Onlara inanmıram”.

Ərdoğan ABŞ-da Rza Zərrabla bağlı qəbul olunan qərara gəlincə, deyib: "Biz mexanizmlərimizə güvənirik və onlarla müqayisə etmirik. Bizə dərs keçməsinlər. Bunu ən son ABŞ-da ıza Zərrab məsələsində gördük. Bu qərarın hüquqla əlaqəsi varmı? Onlar məhkəmədə siyasi bir qərarı açıq şəkildə qəbul edə bilirlər”. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol