• $
  • €
  • ₽
  • ₺
  • £

“H&M” irqçilikdə ittiham olundu

“H&M” irqçilikdə ittiham olundu
11.01.2018 14:00
"Cəngəlliyin ən zor meymunu” yazılı idman köynəyində olan qaradərili oğlanın fotoşəkli sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub.

Anews.az xəbər verir ki, bu barədə "Washington Post” məlumat yayıb.

Məlumata görə, "Klivlend” basketbol klubunun hücumçusu Lebron Ceymz "H&M” şirkətinin istehsal etdiyi idman geyiminin reklamına qarşı çıxıb, kanadalı müğənni "The Weeknd” isə  qaradərili uşağın alçaldıldığını iddia edərək, həmin şirkətlə bağladığı müqaviləni ləğv edib.

İctimaiyyətin narazılığına səbəb olan reklam isveç geyim istehsalçısının sifarişi ilə hazırlanıb. Saytda qaradərili oğlanın geyindiyi idman geyiminin üzərinndə "Cəngəlliyin ən zor meymunu” yazısını görmək olur.

"H&M”, sən bizi aldatmağa çalışırsan. Ancaq biz aldanmayacağıq. Mən indi fotoşəkildə nəyin təsvir olunduğunu demək istəyirəm. Şəklə baxdıqda mən Gənc Kralı görürəm. Dünyanın hökmranını, toxunulmaz və danılmaz bir Qüvvənin sahibini. Biz afroamerikalılar bütün əngəlləri aşmalıyıq, insanların  bizim barədə qərəzli mövqeləri ilə yanıldığını sübuta yetirməliyik, daha həvəsli şəkildə işləməliyik, öz kimliyimizi isbat etməliyik.  Ancaq bilin ki, bütün çətinlikləri  aşdıqdan sonra insan özünü çox  əla hiss edir”, - deyə "Klivlend” basketbol klubunun hücumçusu Lebron Ceymz yazır.

"Səhər oyandım və şoka düşdüm, həmin şəkildən hiddətləndim. Mən özümü təhqir olunmuş hesab edirəm, bundan sonra heç vaxt "H&M”-lə əməkdaşlıq etməyəcəm”, - deyə Efiopiya  əsili Eybel Makkonen Tesfay bildirib.

Reklam üzrə mütəxəssis və "H&M”-in keçmiş icraçı direktoru Karlos Barbosa şirkəti irqçilikdə ittiham edərək, gələcəkdə onlarla əməkdaşlıq etməyəcəyini söyləyib.

Amerikalı insan haqları fəalları vətəndaşları həmin ticarət nişanı altında buraxılan geyim məhsullarından imtina etməyə çağırıb. Şirkət nümayəndəliyinin üzrxahlığı və qeyri-tollerant kontentli fotoşəkli saytdan kənarlaşdırması ABŞ ictimaiyyətində və sosial şəbəkələrdə müşahidə olunan  "tənqid dalğasının” qarşısını ala bilməyib. Şirkət Kambocadakı müəssisələrində qul əməyindən istifadə etməkdə ittiham olunur. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol