Erməni generalın oğlu yol qəzasında öldü

Bu gün səhər saatlarında Ermənistan paytaxtı İrəvanda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, Myasnikyan prospektində "KİO Sorento” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq Hetar çayına düşüb.
Avtomobilin sürücüsü R.Qalstyan hadisə yerində ölüb. Sərnişin A.Ter-Qriqoryan isə xəstəxanaya çatdırılıb. Ermənistan istintaq Komitəsi faktla bağlı araşdırmalara başlayıb.
Qəza nəticəsində ölən şəxsin Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-leytenant Stepan Qalstyanın oğlu Robert Qalstyan olduğu bildirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















