• $
  • €
  • ₽
  • ₺
  • £

Tillerson Inı hədələdi

Tillerson Inı hədələdi
28.05.2020 21:04
Rəsmi Pxenyan danışıqlara başlamasa, bu, hərbi münaqişəyə yol açacaq.

Anews.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson açıqlama verib.

Koreya yarımadasında mövcud vəziyyətlə bağlı Vankuverdə nazirlər səviyyəsində keçirilən görüşdən sonra jurnalistlər ABŞ-la KXDR arasında müharibə riskinin nə dərəcə yüksək olduğunu amerikalı ali diplomatdan soruşub.

"Hamımız mövcud vəziyyəti sayıq və aydın şəkildə təhlil etməliyik. Şimali Koreya nüvə silahı proqramı ilə bağlı irəliləyişə nail olmaq istiqamətində fəaliyyəti davam etdirir. Son nüvə sınaqları və ballistik raket məsələsinin mütəmadi olaraq təkmilləşdirilməsindən də görürük ki, bu silahlar məhvedici gücə malikdir”, – deyə ABŞ dövlət katibi bildirib.

Tillerson jurnalistin Şimali Koreyaya məhdud hərbi müdaxilənin mümkünlüyü ilə bağlı sualına cavab verməkdən imtina edib.

Bundan əvvəl ABŞ mətbuatında hərbi mənbələrə istinadən, KXDR-ə potensial hərbi müdaxilə ilə bağlı iddialar yayılmışdı. Söhbət ilk növbədə qeyri-nüvə silahları ilə məhdud hava zərbələrindən gedir. Həmin iddialara görə, Pxenyanın öz nüvə qüdrətini dünyaya göstərməsinə baxmayaraq, Pentaqon bu cür əməliyyatların müsbət nəticə verəcəyinə inanır.

Vankuverdə keçirilmiş konfransın yekunlarına görə, toplantıda iştirak edən 20 dövlət Şimali Koreyanı BMT-nin tətbiq etdiyi sanksiya rejiminə əməl etməyə məcbur etməklə bağlı razılığa gəlib.  

Xatırladaq ki, bir müddət əvvəl BMT Pxenyanın raket və nüvə sınaqlarına cavab olaraq Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirib. Şimali Koreya probleminin həllində vasitəçilik etməyə çalışan Rusiya və Çin yarımadada vəziyyətin sabitləşməsi üçün KXDR-i nüvə sınağı və raket buraxılışları ilə bağlı moratorium elan etməyə, ABŞ və Cənubi Koreyanı isə regionda birgə hərbi təlimlərə son qoymağa çağırıb. Vaşinqton bu təşəbbüsə məhəl qoymayıb.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol