• $
  • €
  • ₽
  • ₺
  • £

Məni döyüb təhqir etdilər - Erməni əsgər

Məni döyüb təhqir etdilər - Erməni əsgər
23.01.2018 12:15
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin hərbçisi Edqar Akopyan döyülüb.

Report xəbər verir ki, o, dözülməz xidməti şəraitdən narazı olduğu üçün orduda xidmət etməsi ilə bağlı imzaladığı müqaviləni pozmaq istəyib və bunu komandirlərinə bildirib. Bu zaman Dağlıq Qarabağdakı erməni separatçılarının silahlıları onu döyüb, təhqir ediblər.

E.Akopyan jurnalistlərə açıqlamasında deyib ki, çoxsaylı şikayətlərinə məhəl qoyan olmayıb:

"Böyrəyimdə xəstəliklə bağlı problem olduğu üçün dəfələrlə komandirlərə müraciət etmişəm. Onlar mənim bununla bağlı ərizəmi cıraraq, məni məcburi olaraq, döyüş xəttinə xidmətə göndərməyə cəhd edib, məhkəmə ilə hədləyiblər”.

Jurnalist Süzan Simonyan hadisə ilə bağlı yazıb ki, E.Akopyan hərbi xidmət yerini qanunsuz olaraq, tərk edib, sonra geri qayıdıb: "Amma o, komandirləri və polis tərəfindən dəfələrlə işgəncəyə, fiziki zoralığa məruz qalıb. Edqar Akopyan hərbi dəstədən qaçaraq, İrəvana şikayətə gedəndə onu köhnə tarixlə, 2018-ci il yanvarın 17-də ordu sıralarından tərxis ediblərmiş”.

Ermənistanın "Jurnalistlər İnsan Haqları Uğurunda” hüquq müdafiə təşkilatı E.Akopyanın döyülməsi və ordudakı digər cinayətlərlə bağlı Ermənistan Baş Prokurorluğuna şikayət edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol