Meksikada yolda 300 ölü akula tapılıb

Meksikada – Miçoakan ştatının avtomobil yolunda yerli sakinlər 300 köpəkbalığının leşini aşkarlayıb.
Anews.az bu barədə "Fox News”ə istinadən xəbər verir.
Məlumata görə, bütün köpəkbalıqlarının üzgəcləri kəsilib.
Yerli polisin verdiyi açıqlamaya görə, qaçaqmalçılara aid yük maşını hücuma məruz qalıb. Oğrular maşını qaçırmazdan əvvəl maşında olan köpəkbalığı leşlərini yola boşaldıb.
Meksikada köpəkbalığı üzgəclərinə görə tutulur. Onun üzgəcindən kulinariyada və qeyri-ənənəvi təbabətdə geniş istifadə olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















