• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya-ABŞ arasındakı gərginlik pik həddə

Rusiya-ABŞ arasındakı gərginlik pik həddə
29.05.2020 03:06
Moskva ABŞ-la münasibətlərin pozulduğunu təsdiqləyib.

ABŞ Maliyyə Nazirliyinin Rusiya Federasiyasının, demək olar ki, bütün rəhbərliyini "Kreml siyahısına” daxil etməsi, faktiki olaraq, bu iki ölkə arasında münasibətlərin pozulmasından xəbər verir.

Anews.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu bəyanatla Rusiya Federasiya Şurasının üzvü Vladimir Cabbarov çıxış edib.

"Əlbəttə ki, bu cavabsız qalmayacaq. Layiq olduqları cavab veriləcək. Onların Rusiyaya qarşı ittihamları əsassızdır”, – deyə  Cabbarov bildirib. O, hansı səbəbə ABŞ-ın sanksiya saymadığı siyahını sanksiya siyahısı adlandırdığına aydınlıq gətirməyib.

Yanvarın 30-da ABŞ Maliyyə Nazirliyi Konqresə "Kreml siyahısını” təqdim edib. Siyahıya 114 yüksək vəzifəli dövlət məmuru və iri dövlət şirkətlərinin rəhbərləri daxil edilib.

"Kreml siyahısı”na  Rusiyanın baş naziri Dmitri Medvedev və nazirlər kabinetinin üzvləri, o cümlədən Rusiya energetika naziri Aleksandr Novakın adları daxil edilib. Siyahıda prezident administrasiyasının rəhbəri Anton Vayno, prezidentin mətbuat katibi Dmitri Peskov, prezidentin köməkçisi Vladislav Surkov daxil olmaqla, Rusiya PA-nın aparıcı rəsmiləri də var.

Sənəddə Federal Şuranın spikeri  Valentin Matviyenko, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, "NK Rosneft” ASC neft-qaz şirkətinin baş icraçı direktoru İqor Seçin, "Qazprom” ASC direktorlar şurasının sədri Aleksey Miller, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin , Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Rusiyanın iri elektrik enerji şirkəti "Rosset” ASC-nin keçmiş rəhbəri Budarqin, "Rosatom”, "İnter” RMC, "Rushidro” şirkətlərinin rəhbərlərinin adları hallanır.

"Oliqarxlar siyahısında” sadalananlar arasında Alişer Usmanov, Roman Abramoviç, Süleyman Kərimov, "Kasperski Laboratoriyası” təsisçisi Yevgeniy Kasperski, Pyotr Aven və Vladimir Potanin yer alıb.

Siyahıya, eyni zamanda, Arkadi və Boris Rotenberq, Gennadi Timçenko, Oleq Tinkov, Vahid Ələkbərov və s. başqalarının adları daxil edilib.

Belə bir siyahının tərtib olunması hələ yay aylarında Konqresin qəbul etdiyi qətnamədə nəzərdə tutulurdu  və ABŞ rəbhərliyinin yeni təşəbbüsü deyil. Əksinə, yeni sanksiyalara lüzumun olmadığı bildirilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol