• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ fond birjalarında tarixi çöküş

ABŞ fond birjalarında tarixi çöküş
06.02.2018 11:10
Dünən Nyu York fond birjasında keçirilən ticarət seansında ABŞ-ın sənaye indeksi Dow Jones Industrial Average 1175 bənd (4,6 faiz) azalıb. Beləliklə də Dow Jones indeksi tarixinin ən böyük çöküşünü yaşayıb. 

Anews.az xəbər verir ki, indeksin dəyər itkisi çox az treyderi həyəcanlandırıb. Dow Jones indeksi yanvarın 26-da tarixi rekord səviyyəsindən (26 616 bənd) 24 346 bəndə düşüb

Qeyd edək ki, S&P 500 indeksi də 4 faiz - 113 bal azalıb. 

Rəylərə görə, ABŞ fond birjasında çöküş Ağ Evin Amerika iqtisadiyyatının uğurları ilə bağlı bəyanatlarının fonunda baş verib. Belə ki, prezident administrasiyasının press-relizində Donald Trampın dövlət başçısı kimi vəzifəsinin icrasına başlamasından sonra  Nyu York fond birjalarında əməliyyatların 70 dəfə rekord səviyyədə bağlandığı bildirilirdi. 

Nəzərə çatdıraq ki, ABŞ fond birjalarındakı satışlar dünyanın digər əsas fond birjalarına, kripto valyuta bazarına da təsir edib.

Bloomberg-in qiymətləndirməsinə əsasən bitkoin dünən Nyu York saatiyle 17:00-dan 00:00-a qədər 15 faiz dəyərdən düşərək 6,061 dollara geriləyib.

Bundan əlavə Yaponiyanın "Nikkei 225" indeksi 1 500 bənd və ya 6,6% azalma ilə üzləşib.  

Çinin "Shanghai" indeksi isə 3% azalaraq 3 380 bəndə geriləyib. Asiyanın digər fond birjası indeksləri də kəskin azalma ilə üzləşib. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol