İran “Zeytun budağı”nın əleyhinə çıxdı

İran Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı” əməliyyatının dayandırılması ilə bağlı çağırış edib.
AzVision.az-ın məlumatına görə, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Kasemi bildirib ki, əməliyyat Suriyanın suvernliyini təhdid edir.
"Əməliyyat Suriyanın suverenliyini təhdid altında qoyur və ölkədəki gərginliyi daha da artıracaq. Türkiyə əmliyyatı dərhal dayandırmalı, Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır”, - Kasemi deyib.
İranın mövqeyi Türkiyənin rəsmi dairələrində etirazla qarşılanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















