• $
  • €
  • ₽
  • ₺
  • £

Xərçəngin başlıca səbəbi məlum oldu

Xərçəngin başlıca səbəbi məlum oldu
06.02.2018 19:47
Şotlandiyanın Dandi Universitetinin alimləri qocalan immun sisteminin xərçəngə səbəb olduğunu ortaya çıxarıb.

Anews.az xəbər verir ki, tədqiqatın nəticələri "Proceedings of the National Academy of Sciences”  jurnalında dərc olunub.

Əldə olunan nəticələr onkoloji xəstəliklərin profilaktikası və müalicəsi üzrə yeni metodların hazırlanmasına kömək edəcək.

Bədxassəli şişlərin inkişafı ehtimalı yaşın artması ilə kəskin şəkildə artır. Bu, onunla izah olunur ki, vaxtaşırı DNT-də törəmələrə yol aça bilən qüsurlar toplanır.

Alimlər iddia edir ki, xərçəngin inkişafı üçün beş və ya altı mutasiyaya ehtiyac var.

Mütəxəssislər xərçəngdən əziyyət çəkən 18-70 yaşlarında olan iki milyona yaxın insanın xəstəlik tarixçəsini təhlil edib. Daha sonra  immun sistemin fəallığının aşağı düşməsinin şişlərin əmələ gəlməsi ehtimalına nə dərəcədə təsir etdiyini hesablamağa imkan verən tənlik qurub,  nəzəri nəticələri 100 növ bədxassəli törəmə haqqında faktiki məlumatlarla müqayisə edib.

Məlum olub ki, mutasiyaların toplanması fərziyyəsindən fərqli olaraq, bu model xərçəng riskini daha effektiv şəkildə müəyyən etməyə kömək olur.

İmmun sisteminin qocalmasına təsir edən əsas amil T-hüceyrələrin yetkinləşməsinin baş verdiyi timusun (çəngələbənzər vəzi) funksionallığının pozulmasıdır. Hər 16 ildən bir insanın çəngələbənzər vəzisi ölçü baxımından kiçilir, bu isə öz yerində şiş hüceyrələrini tapan və onları məhv edən limfosiylərin hasilatını zəiflədir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol