• $
  • €
  • ₽
  • ₺
  • £

Məkkə ilə bağlı təklif Səudiyyə Ərəbistanını hiddətləndirib

Məkkə ilə bağlı təklif Səudiyyə Ərəbistanını hiddətləndirib
29.05.2020 01:35
Səudiyyə Ərəbistanı Məkkə və Mədinə şəhərlərində olan müqəddəs məkanların beynəlxalq nəzarətə götürülməsi haqqında təkliflərin müharibə elanına bərabər olduğunu hesab edir.

Oxu.Az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl Cübeyr bəyanat verib.

Bundan əvvəl "Əl-Cəzirə” telekanalının reportajında krallığın bir sıra ərəb dövlətləri ilə Qətərə qarşı tətbiq etdiyi blokada ucbatından bu ölkədən olan zəvvarların Məkkə və Mədinəyə "kiçik həcc” adlandırılan ümrə ziyarəti edə bilmədiyi bildirilirdi.

Telekanal müsəlman zəvvarların sərbəst hərəkəti məqsədilə Məkkə və Mədinədə olan müqəddəs ziyarətgahların idarəçiliyinin İslam dövlətlərindən ibarət beynəlxalq qrupun nəzarətinə verilməsini məqsədəuyğun sayır.

"Səudiyyə Ərəbistanı Krallığı müqəddəs ziyarətgahların beynəlxalq qrup tərəfindən idarə olunması ilə bağlı tələbləri düşməncəsinə addım və krallığa qarşı müharibə elanı kimi qəbul edir və bu tələblərə layiqli cavab vermək hüququnu qoruyub saxlayır”, - deyə əl-Cübeyr bildirib.    

Ötən ilin iyun ayında Səudiyyə Ərəbistanı, B.Ə.Ə., Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri dayandırıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol