• $
  • €
  • ₽
  • ₺
  • £

Ankaradan ABŞ-a nota: “Məhv edəcəyik”

Ankaradan ABŞ-a nota: “Məhv edəcəyik”
07.02.2018 13:00
Ankara Vaşinqtonla Suriyanın Afrin bölgəsində həyata keçirilən əməliyyatı müzakirə etməyəcək.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu ölkə telekanallardan birinin efirində bildirib.

"Afrində Amerika hərbçiləri yoxdur. Orada vaxtaşırı yalnız ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları olurlar. Buna görə də ABŞ-la Afrin mövzusunu müzakirə etməyə ehtiyac yoxdur”, - türkiyəli nazir deyib.

Çavuşoğlu Vaşinqtonu yenidən YPG-yə (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücləri –red.) silah çatdırılması siyasətindən imtina etməyə çağırıb: "Türkiyə-Amerika münasibətlərinə zərər vermək lazım deyil. Əgər biz müttəfiqləriksə, ABŞ bu addımı atmağa məcburdur. ABŞ bunu etməsə və bu təhlükəni aradan qaldırmasa, onda biz özümüz bu təhlükəni məhv etməliyik”.

O vurğulayıb ki, Türkiyə ABŞ-a etibar etmir. Nazir Vaşinqtonun Suriya üzrə daha əvvəllər verdiyi vədləri yerinə yetirmədiyini xatırladıb.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Reks Tillerson və prezident Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmester Ankaraya səfər edəcək. Makmaster həftəsonu, Tillerson isə gələn həftə Türkiyədə olacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol