• $
  • €
  • ₽
  • ₺
  • £

Fransanın Afrin bəyanatı Ankaranı hiddətləndirdi

Fransanın Afrin bəyanatı Ankaranı hiddətləndirdi
08.02.2018 12:44
Ankara bundan sonra da özünümüdafiə hüququndan istifadə etməkdə qətiyyətlidir.

Anews.az xəbəri verir ki, bu bəyanatı Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy fransalı ali diplomat Jan-İv Le Drianın "Zeytun Budağı” əməliyyatı haqqında dediklərini şərh edərkən səsləndirib.

Fransalı nazir Suriyanın Afrin bölgəsində aparılan əməliyyatın beynəlxalq normalara zidd olduğunu bildirib.

Türkiyəli diplomatın sözlərinə görə, Ankara öz müttəfiqlərindən Afrində təşəkkül tapan terrorçu qruplaşmalarla bağlı dəqiq mövqe gözləyir və Suriyada istənilən cinayətkar struktura hər hansı formada dəstəkdən imtina etməsini istəyir.

Aksoy bildirib ki, PYD/PKK və İŞİD terrorçularından qaynaqlanan təhdidlərin yox edilməsi Türkiyə milli təhlükəsizliyi baxımından böyük önəm kəsb edir.

"Afrində aparılan "Zeytun budağı” əməliyyatı Türkiyə sərhədlərini qorumaq və regionda terrora qarşı mübarizə aparmaq məqsədi daşıyır.

Bu, eyni zamanda, bölgənin dost və qardaş əhalisinin təhlükəsizliyini təmin etməyə kömək olacaq. Bu barədə bir müddət əvvəl xarici həmkarlarımızı məlumatlandırmışıq. Ancaq təəssüflər olsun ki, Fransa xarici işlər naziri "Zeytun budağı” əməliyyatı haqqında əsaslandırılmamış və uğursuz bəyanatlar səsləndirib”, – deyə diplomat bildirib.  

Aksoy Afrində əməliyyatın başladığı gündən bəri bir dinc sakinin belə həlak olmadığı faktını vurğulayıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol