• $
  • €
  • ₽
  • ₺
  • £

Böyük plan: 60 saniyəlik “Öcalan əməliyyatı” - Məxfi

Böyük plan: 60 saniyəlik “Öcalan əməliyyatı” - Məxfi
15.02.2018 15:01
PKK terror qruplaşmasının lideri Abdullah Öcalanın Keniyada tutularaq Türkiyəyə gətirilməsindən 19 il ötüb.

Axar.az xəbər verir ki, Öcalanın tutulması üçün təşkil edilmiş Milli İstihbarat Təşkilatının (MİT) möhtəşəm əməliyyatında iştirak edən o dövrün Nəqliyyat Nazirliyinin müşaviri Həsən İşgüzar gizli əməliyyatın detallarını açıqlayıb.

İşgüzar Öcalanın Türkiyəyə gətirildiyi zaman mülki aviasiya ilə bağlı işlərə nəzarət etdiyini və terrorçu liderin arxasınca göndərilən təyyarənin havaya qalxması üçün lazımı sənədləri toplamaq vəzifəsinin ona tapşırıldığını bildirib.

"Abdullah Öcalanı Keniyadan Hollandiyaya aparmaq üçün Yunanıstanın bu ölkədən təyyarə sifariş etdiyi barədə MİT-ə məlumat daxil olduqdan sonra onlar da eyni model və rəngdə təyyarə göndərərək Öcalanı Türkiyəyə gətirmək üçün işlərə başlayırlar. Türkiyədəki rəsmi ya da şəxsi bütün təyyarələr barədə məlumat Mülki Aviasiya Baş İdarəsində var. MİT-in istədiyi təyyarə o dövrdə sadəcə iş adamı Cavid Çağlarda var idi. Mən də istədikləri təyyarəni Cavid Çağlardan ala biləcəklərini dedim”, - İşgüzar qeyd edib.

Həsən İşgüzar MİT əməkdaşlarının da Çağlarla razılaşdığını, ancaq iş adamının əməliyyatdan xəbərdar olmadığını deyib.

2 pilot və 4-5 MİT əməkdaşı

"Daha sonra sözügedən təyyarə Yunanıstanın Öcalan üçün göndərdiyi təyyarə ilə eyni rəngə boyandı və quyruq işarəsi dəyişdirildi. Təyyarədə 2 pilot və 4-5 MİT əməkdaşından başqa heç kim yox idi. İlk mərhələdə Çağların pilotlarına Misirə gediləcəyi barədə məlumat verildi. Bu arada isə təyyarə Türkmənistan təyyarəsi kimi qeydə alındı və sərnişinlər barədə məlumatda "banan tacirləri” yazıldı. Hansı təyyarə ilə uçmağınızdan asılı olmayaraq onun üçün uçuş xəritəsi müəyyən edilməlidir. Havaya qalxan təyyarənin Antalya üzərindən Aralıq dənizinə, daha sonra Cənubi Kipr hava sahəsi ilə 18 dəqiqə uçduqdan sonra isə Misir və Uqandaya uçması üçün marşrut təyin edildi”.

Türkiyə kəşfiyyatının göndərdiyi təyyarə dərhal Keniyaya yollanmayıb. Buna səbəb isə Keniya hava limanında Hollandiyadan gəlməsi gözlənilən təyyarə ilə eyni tipli bir hava maşınının dərhal diqqəti üzərinə cəlb etməsi olub. Məhz bu səbəbdən türk təyyarəsi 10 gün müddətində Uqandada gözlədilib. MİT əməkdaşları isə bu müddət ərzində özlərini banan tacirləri kimi aparıb. Əməliyyatdan bir neçə saat əvvəl isə təyyarə Keniya istiqamətində havaya qalxıb və Öcalanı qaçırmaq üçün gələn təyyarədən 2 saat əvvəl hava limanına enib.

Bu zaman hər şeydən xəbərsiz Öcalan Yunanıstanın Keniyadakı səfirliyindən mühafizə karvanının müşayiəti ilə hava limanına yollanır. Öcalanın içində olduğu avtomobilin keçməsindən sonra yol bağlanır və karvanın bir hissəsi yalnız MİT əməkdaşları Öcalanı təyyarədə zərərsizləşdirdikdən sonra hava limanına çata bilir.

Kritik 18 dəqiqə

İşgüzarın sözlərinə görə, təyyarənin marşrutunda nəzərdə tutulan Cənubi Kipr hava sahəsindəki 18 dəqiqəlik uçuş narahatlıqla başa vurulub:

"60 saniyə içində Öcalanın əl-qolu bağlanılır və təyyarə havaya qalxır. Havada marşrut o qədər dəqiq müəyyən edilir ki, başqa istiqamətdə hərəkət edə bilməzsiniz. Hər bir təyyarə mütləq şəkildə hava sahəsinə daxil olduğu ölkəyə kimliyi və işarəsi barədə məlumat verməlidir. Yunanlar bizdən işarəmizi soruşur, bizimkilər də hər dəfə fərqli cavablar verir. Elə bir təyyarənin qeydə alınmadığı cavabını alan pilotlarımız bu dəfə dil bilgilərinin aşağı səviyyədə olduğunu deyirlər. Yaşanan bu gərginlik 18 dəqiqə davam edir. Təyyarə Türkiyə hava sahəsinə daxil olduqdan sonra rahat oluruq”.

İşgüzar bildirib ki, Türkiyə hava sahəsinə daxil olan təyyarənin Bandırmada yerləşən hərbi bazaya enməsi nəzərdə tutulsa da, qatı duman səbəbindən eniş baş vermir:

"Təyyarə hava limanına enə bilməzdi, çünki elə bir təyyarə barədə məlumat qeydlərdə əksini tapmamışdı. Dumanın çəkilməsini gözləyərkən yanacağın azalmasına görə məcburi şəkildə Atatürk Hava Limanına eniş edildi. Hava limanından enişə icazə verilmədikdə mənə müraciət etdilər. Lazımı təlimat verdikdən sonra təyyarə hava limanına endi. Hərbi meydanın olduğu gözdən uzaq bir yerə çəkildi. Qapıları açılmadan yanacaq dolduruldu. Duman dağıldıqdan sonra isə Bandırmadakı hərbi baza istiqamətində yenidən havaya qalxdı.

Həsən İşgüzarın sözlərinə görə, o dövrdə xidmətdə olan Baş Qərargah rəisi Bandırma hərbi bazasının rəhbərinə zəng edərək "sənə bağlama göndərmişik şəxsən təhvil al”, - deyib. Öcalan daha sonra Bandırmadan İmralı həbsxanasına göndərilib.

Qeyd edək ki, PKK-nın qurucusu və lideri Abdullah Öcalan 1999-cu ildən İmralı adasında saxlanılır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol