• $
  • €
  • ₽
  • ₺
  • £

Breyvik peşman olub

Breyvik peşman olub
16.02.2018 20:45
21 il müddətinə azadlıqdan məhrum edilmiş və Şien həbsxanasında cəza çəkən norveçli terrorçu Andres Breyvik törətdiyi əməllərə görə peşman olduğunu bəyan edib.

Anews.az xəbər verir ki, bu barədə "VG” qəzeti onun ötən il pentensiar xidmətin rəhbərliyinə ünvanlandığı məktuba istinadən məlumat yayıb.

O, "faşist, milli-sosialist və neonasist ideologiyasından” imtina etmək niyyətində olduğunu və intizamlı məhbus olacağını vəd edib.

"Mən 22 iyul 2011-ci ildə törətdiyim əməllərə görə peşmanam, mümkün olsaydı, onun heç vaxt baş verməməsi üçün əlimdən gələni edərdim”, – deyə o, məktubda qeyd edir.

Psixiatr Henninq Vorey belə bəyanatlara inanmamağı məsləhət görüb.

"Aydın görmək olur ki, Breyvik manipulyasiya etməyə çalışır”, – deyə ekspert bildirib.

Məktub 2017-ci ilin yaz aylarında yazılıb. Breyvik məhkəməyə müraciət edərək, kamerada tək saxlanıldığına görə təzminat istəyib, lakin məhkəmə onun tələbini təmin etməyib

22 iyul 2011-ci ildə Breyvik iki terror aktı törədib. Əvvəl o, Osloda hökumət binasının yerləşdiyi məhəllədə partlayış törədib – hadisə nəticəsində səkkiz nəfər həlak olub. Bundan sonra cinayətkar Norveç Fəhlə Partiyasının Yutoya adasındakı gənclər düşərgəsinə yollanaraq, 69 nəfəri qanına qəltan edib.

Məhkəmə Breyviki 21 il müddətinə azadlıqdan məhrum edib. Bu, Norveçdə  məhbusa verilən ən böyük cəzadır. Habelə məhkəmə onun hələ də cəmiyyət üçün təhlükəli olduğunu hesab edərsə, cəza müddəti dəfələrlə artırıla bilər. Hazırda terrorçu üç otaqlı kamerada saxlanılır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol