• $
  • €
  • ₽
  • ₺
  • £

Televizor alüdəçiliyi ölümə səbəb ola bilər

Televizor alüdəçiliyi ölümə səbəb ola bilər
29.05.2020 08:36
"Mavi ekranlar” qarşısında uzun müddət vaxt keçirmək insan orqanizmində venoz damarlarda tromboz riskini artırır. 

Anews.az "Science Daily”yə istinadən xəbər verir ki, belə bir nəticəyə ABŞ-ın Minnesota Universitetindən olan alimlər gəlib.

Tədqiqat qrupu 24 il aparılan müşahidələr ərzində 15 minə yaxın amerikalı haqqında toplanmış məlumatları təhlil edib. Müşahidələrdə həmin insanların sağlamlıq durumları araşdırılıb. 691 nəfərdə venoz tromboz aşkarlanıb.

Müəyyən olunub ki, bərabər fiziki yüklənmə şəraitində, boş vaxtını başqa şəkildə keçirən insanlarla müqayisədə, televizor alüdəçilərində venoz tromboza tutulma riski 1,7 dəfə daha yüksəkdir.

"Bu nəticələr onu göstərir ki, mütəmadi olaraq idmanla məşğul olan insanlar belə uzun müddət televizora baxmağın insan orqanizminə potensial mənfi təsirinə göz yummamalıdır”, - deyə elmi araşdırmanın həmmüəllifi Yasuxiko Kubota bildirib.

Venoz tromboz damarlarda trompların əmələ gəlməsi ilə müşahidə olunur. Bu prosesə daha çox ayaq damarlarında rast gəlinir. Xəstəlik fəsadlaşma halında ağciyər arteriyasının tıxanmasına gətirib çıxara bilər. Bu isə vaxtında müalicə olunmadıqda əksər hallarda insanın ölümü ilə nəticələnir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol