• $
  • €
  • ₽
  • ₺
  • £

“Google” gələcəyin kompüterini yaradıb

“Google” gələcəyin kompüterini yaradıb
29.05.2020 07:56
Google şirkətindən olan bir qrup tədqiqatçı 72 yüksək ötürücülüklü kubitlərdən istifadə olunduğu kvant prosesorunu yaradıb.

Anews.az xəbər verir ki, bu barədə şirkətin bloqunda məlumat yayılıb.

Qeyd edək ki, kvant kompüterlər xüsusi "bit” növləri sayılan "kubitlərlə” çalışır. Klassik bitlərdən fərqli olaraq, bütün bu elementlər eyni vaxtda həm sıfır, həm də vahid şəklində ola bilir. Bu özəllik tam yeni hesablama alqoritmləri tərtib etməyə imkan verir.

Kvant kompüterlərinin yaradılmasında əsas problem, çoxsaylı kubitlərlə bağlı hesablamalar və məlumatların yazılması zamanı xətaların ortaya çıxmasıdır. Kubitlərin sayı çox olduqca, problemin miqyası da daha böyük olur.

"Google” komandası  bu problemi həll etdiklərini iddia edir. Tədqiqatçıların təqdim etdiyi 72-kubitli kvant prosessoru,  sələfi – 9-kubitli prosessorun sxemi əsasında hazırlansa da, yeni kompüterdə kubitlər zəncirvari şəkildə bir-birinə bağlı deyil.

 Onlar bir-birinin üzərində yerləşən iki "6*6” kvadrat massivini formalaşdırır. Belə mövqe hesablama zamanı meydana gələn xətaları müəyyən edib, aradan qaldırmağa imkan verir.

ABŞ-ın informasiya texnologiyaları nəhəngi super-kompüterin xarakteristikası ilə bağlı təfsilatları açıqlamasa da, şirkət rəsmilərinin sözlərinə görə, qurğu kvant mükəmməlliyinə nail olmaq, ən mürəkkəb tənliklərini yerinə yetirmək imkanı yaradır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol