NATO-da Türkiyədən narazıdırlar

NATO-nun Hərbi Komitəsinin rəhbəri Petr Pavel bəyan edib ki, Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini alması alyansda böyük narahatlıq doğurur.
oxu.az-ın xəbərinə görə, onun sözlərini Breaking Defence nəşri sitat gətirir.
Petr Pavel hesab edir ki, S-400 kompleksləri NATO texnologiyaları ilə uyğunlaşmır:
"Bu səbəbdən Rusiya zenit-raket kompleksləri alyansın ümumi hava hücumundan müdafiə sisteminə inteqrasiya edilməyərək ayrıca istifadə olunacaq”.
O həmçinin qeyd edib ki, əsas problem NATO-nun Türkiyədəki hərbi infrastrukturu barədə məlumatların Rusiya sistemlərində saxlanılmasıdır.
Petr Pavelin fikrincə, bu məlumatlar Rusiya rəhbərliyinə ötürülə bilər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















