Qələbəyə 7 kilometr qaldı

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində davam etdirdiyi "Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 3055 nəfərə çatıb.
anews.az-ın xəbərinə görə, TSQ-nin məlumatında bildirilir ki, son sutkada PYD, YPG və İŞİD terror təşkilatlarının 139 üzvü məhv edilib.
Məlumatda Türkiyə hərbçiləri və Azad Suriya Ordusu döyüşçülərinin Afrinin mərkəzinə daxil olmasına 7 kilometr qaldığı da vurğulanıb.
Qeyd edək ki, Türkiyə ordusunun Azad Suriya Ordusu ilə birlikdə Afrində keçirdiyi "Zeytun budağı” adlı anti-terror əməliyyatı 42 gündür davam edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















