• $
  • €
  • ₽
  • ₺
  • £

Ofisiantlıqdan dünya ulduzluğuna

Ofisiantlıqdan dünya ulduzluğuna
19.03.2018 18:02
Dünya şöhrətli aktyor Brüs Uillis bu gün 63 yaşını qeyd edir. Çəkildiyi filmlərlə dünya ulduzuna çevrilən Brüs aktyorluğa başlamamışdan öncə bir neçə sahədə çalışıb.

Anews.az xəbər verir ki, Valter Brüs Uillis 19 mart 1955-ci ildə Qərbi Almaniyada dünyaya gəlib.

Uillisin anası Marlen adında bir alman, atası isə amerikalıdır. Atası Almaniyada hərbçi olarkən anası ilə tanış olub və evləniblər.

Daha sonra ABŞ-a geri dönən ailə Nyu-Cersi əyalətində yaşamağa başlayıb.

Uillisin uşaqlığı isə bir qədər çətin keçib. Buna səbəb isə onun kəkələmə xəstəliyindən əziyyət çəkməsi olub.

Şagirdlər tərəfindən lağa qoyulan Brüsün sağalmağı da maraqlı olub. Belə ki, o, özünü müalicə edib və xəstəliyə qalib gəlib.

Məktəbi bitirdikdən sonra fabrikdə çalışmağa başlayıb. Daha sonra ofisiantlıq, barmenlik edib. Bir müddət mühafizəçi kimi işləyib.

Bir gün barmen olaraq işlədiyi məkanda prodüserlərin biri ilə tanış olub. Onun sayəsində Hollivudun qapısından keçən aktyor bir çox uğurlu filmdə baş rolda oynamağa müvəffəq olub.

Filmlərdə yaratdığı obrazlar ona dünya şöhrəti qazandırıb. "Sərt ölüm”, "Altıncı hiss”, "Beşinci element”, "Quldurlar”, "On iki meymun” kimi filmlər ona geniş tamaşaçı auditoriyası yığmasına səbəb olub.

Aktyor "Ay işığı” serialındakı performasına görə 1987-ci ildə "Emmi” və "Qızıl qlobus” mükafatlarına layiq görülüb. "Dostlar” serialında qonaq aktyor kimi iştirakı isə ona "Emmi” mükafatını 2000-ci ildə yenidən qazandırıb.

Onun evlilik həyatı da insanların diqqət mərkəzində olub. Belə ki, məşhur aktrisa Demi Mur ilə 13 il evli qalandan sonra ikinci evliliyini 2009-cu ildə özündən 22 yaş kiçik model Emma Hemminq ilə edib.

Brüsün iki evliliyindən beş qızı dünyaya gəlib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol