• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir oliqarx prokurorun hədəfində - FOTOLAR

Daha bir oliqarx prokurorun hədəfində - FOTOLAR
07.04.2018 16:51
Daha bir rusiyalı oliqarx-milyarder, "Alfa-group” konsorsiumunun sahibi German Xan ABŞ-da Donald Trampın seçkiqabağı qərargahı ilə Kreml arasında əlaqələri araşdıran xüsusi prokuror Robert Müllerin hədəfindədir.

Virtualaz.org "The Daily Beast” nəşrinə istinadən xəbər verir ki, özünün qapalı fəaliyyəti və sürpriz taktikaları ilə tanınan xüsusi prokuror hərdən onun fəaliyyətini izləməyə çalışanlar üçün bilərəkdən bəzi ipucları da buraxır. Belə ip uclarından biri Müllerin hollandiyalı hüquqşünas Aleks van der Zvaan barədə həbs qətimkan tədbirinin seçilməsi üçün bu günlərdə məhkəməyə göndərdiyi məktubda yer alır. Hüquqşünas Müllerin müstəntiqlərinə yalan ifadə verməkdə təqsirləndirilir.

Müller hollandiyalı hüquqşünasın minimal da olsa real həbs müddəti almasında israr edib. İlk baxışdan van der Zvaanın barəsində təhqiqat onun Trampın seçki qərargahının rəhbərləri Pol Manafort və Rik Geytsin Ukraynada Yanukoviç hakimiyyəti dövründə fəaliyyəti ilə bağlıdır. Lakin əslində Müllerin komandasının başqa hədəfi də ola bilər. Axı Van der Zvaan rusiyalı oliqarx, "Alfa-group” konsorsiumunun sahiblərindən biri German Xanın kürəkənidir.



Prokuror Van der Zvaan barəsində həbs qərarı verilməsinin zəruriliyini əsaslandıran qeydlərində də birbaşa oliqarxa işarə edir. "Van der Zvaan həm şəxsən, həm qaynatası, tanınmış rusiyalı oliqarx vasitəsilə kifayət qədər maliyyə resurslarına malikdir. O, barəsində çıxarılmış istənilən cəriməni ödəyə bilər”-Müller bildirib.

German Xanın və onun şirkətlər qrupunun adı Tramp barədə Böyük Britaniyanın Mİ6 xarici kəşfiyyat xidmətinin keçmiş xüsusi agenti Kristofer Stilin hazırladığı qalmaqallı dosyedə də keçir. Həmin dosye "Fusion GPS” şirkətinin sifarişi ilə hazırlanmışdı. Dosye yayılandan sonra German Xan və onun partnyorları Mixail Fridmanla Petr Aven "Fusion GPS” şirkətinə və onun sahibi Glenn Simpsona qarşı məhkəmə iddiası qaldırmışdılar. Stilin dosyesində göstərilirdi ki, Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsində "Alfa-group” və onun partnyorları da iştirak edib. Bunu təsdiq edən elektron yazışmalar da dosyedə yer alır. Nəşr yazır ki, xüsusi prokuror bu məhkəmə sənədinə də istinad edir.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol