Parlamentdə Sarkisyana etiraz - VIDEO

Ermənistan parlamentinin iclasında etiraz fişəngləri yandırılıb.
AzVision.az eməni mətbuatına istinadən xəbər verir ki, "Yelk” partiyasının üzvü, deputat Ararat Mirzoyan parlamentin kürsüsünə yaxınlaşaraq vətəndaşları aprelin 13-də keçiriləcək "Serji İnkar et” aksiyası üçün Azadlıq Meydanına çağırıb.
O, meydanda azadlıq məşəlini yandıracaqlarını dedikdən sonra əlindəki rəngli fişəngi yandırmağa başlayıb. Digər müxalifət təmsilçisi, deputat Lena Nazaryan da ona qoşulub. Qısa vaxtda parlamentin iclas zalını tüstü bürüyüb. Vitse-spiker Eduard Şarmazanov iclasın təxirə salınması ilə bağlı deputatların təkliflərini rədd edib. Sonda tüstünün zaldan çıxması üçün qapılar açılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















