• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə Quliyə yaxın kriminal avtoritet öldürüldü - FOTO

Türkiyədə Quliyə yaxın kriminal avtoritet öldürüldü - FOTO
12.04.2018 12:34
Türkiyənin Antaliya şəhərində Gürcüstanın məşhur krminal avtoriteti 60 yaşlı Gayoz Zviadadze (ləqəbi Giya Kutaissky) evinin qarşısında güllələnərək öldürülüb.

Hadisə aprel ayının 8-də Antalyanın Kəmər məhəlləsində baş verib. Mafiya lideri olduğu təsdiqlənən Gürcüstan əsilli Gaioz Giorkhalidze evindən küçəyə çıxarkən, ağ bir avtomobildən qara maskalı 2 adam tərəfindən güllələnib. Gaioz Giorkhalidze aldığı 6 güllə yarasından hadisə yerində keçinib.

Hadisə nəticəsində ona yaxın olan Giga Petriashvili adlı şəxs də ayağından yaralandığı deyilir.

Bu arada hadisə ilə bağlı Türkiyə hüquq-mühafizə orqanları 6 nəfəri şübhəli şəxs qismində saxlayıblar.

Aralarında Rus, Gürcü və Erməni əsilli olduğu təyin olunan şübhəlilər R.A. (54), D.G. (55), D.K. (32), A.M. (32) və A.J. (41) polis şöbəsində izahatlı alınaraq, məhkəməyə aparılıblar.

Qeyd edək ki, Gaioz Giorkhalidze Rusiyanın Rostov bölgəsinin ən məşhur mafiya liderlərindən biri olduğu və burada 'Giya Kutaisskiy' ləqəbiylə tanındığı deyilir. Baş verən hadisənin isə bir mafiya hesablaşması olduğu deyilir. Giya Kutaissky 2012-ci ildə Moskvada saxlanılıb. O, Gürcüstanda silah satışına görə ittiham üzrə beynəlxalq axtarışda olub. Gürcüstan hakimiyyəti onu heçə tutmadı. Rusiyada miqrasiya qanunvericiliyini pozduğuna görə, oğru hüquqdan məhrum edilib. Zviadadze ənənələrə ciddi əməl edən "köhnə məktəb" lideri sayılırdı.

Türkiyədə yaşayan krminal avtoritet Nadir Salifov (ləqəbi Quli) azadlığa çıxdıqdan sonra ona yaxın olan əksər mafiya liderləri Türkiyədə yerləşdilər. Yunanıstanda yaşayan və Qulinin azadlığa çıxdıqdan sonra Türkiyəyə dönənlər arasında Giyas Zviadadze (Giya Kutaissky) və Zaala Makharoblidze (Glekhoviç) oldu.

//Unikal.org
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol