• $
  • €
  • ₽
  • ₺
  • £

Milyonçular Rusiyadakı əmlaklarını satır

Milyonçular Rusiyadakı əmlaklarını satır
30.04.2018 21:48
Rusiyalı milyonçuların böyük hissəsi Rusiyadan getmək istəyirlər.

Axar.az xəbər verir ki, "Kalinka Qrup” şirkəti Rusiyanın elit daşınmaz əmlakına sahib olan şəxslərin son zamanlar aktiv şəkildə öz əmlaklarını satdığını bildirib. Belə ki, onların üçdə birinin xaricə köçmək üçün əmlaklarından imtina etdikləri vurğulanıb. Son bir neçə ildə isə Rusiyadan emiqrasiya etməyə çalışan milyonçuların sayı 4,5 dəfə artıb.

"Kalinka Qrup” imkanlı şəxslərin Rusiyanı daha çox iqtisadi qeyri-stabillik və siyasi situasiya ilə əlaqədar tərk etdiklərini qeyd edib:

"2014-cü ildən indiyə qədər əmlakını satmaq istəyən varlı şəxslərin sayı 3 dəfə artıb. Təkcə 2018-ci ilin birinci rübündə daşınmaz əmlakın satılmasıyla bağlı şirkətlərə daxil olan müraciətlərin sayı 2013-cü ilin ümumi göstəricisi qədərdir”.

"Gazeta.ru” daşınmaz əmlak satışında artımın olmasına baxmayaraq, ölkədən kapital axınının hələlik müşahidə edilmədiyini yazıb. Təkcə 2018-ci ilin birinci rübündə kapital axını 13,4 milyard dollar olub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 3 milyard dollar azdır:

"Rusiya və MDB ölkələrinin ultra-zəngin (sərvəti 50 milyon dollardan çox olanlar – red.) insanlarının 58%-i ikili vətəndaşlığa sahibdir. Bu şəxslərin 45%-i isə daimi olaraq başqa ölkədə yaşamaq imkanlarını nəzərdən keçirir. Rusiyalılar daha çox Kipr, Malta, Britaniya və İsveçrə kimi ölkələrin vətəndaşlığını almağa çalışır”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol