• $
  • €
  • ₽
  • ₺
  • £

Suriyaya raket zərbələri endirildi

Suriyaya raket zərbələri endirildi
30.04.2018 11:38
Ötən axşam Suriyanın müxtəlif rayonlarındakı hökumət qüvvələrinə və iranlı milislərə məxsus hərbi bazalar raket hücumuna məruz qalıb. 

Anews.az xəbər verir ki, Suriya İnsan Haqları Təşkilatı raketlərin Hama şəhərindən qərbdəki 47-ci briqadanın baş qərargahına, eləcə də, Hələb aeroportunun yaxınlığındakı bazalara atıldığını açıqlayıb. 

Məlumatlara görə, partlayış səsləri Hama şəhərindən 60 kilometr şimal-şərqdəki Nahar al-Bard bazasından da eşidilib. Partlayışlar zamanı onlarla insan həlak olub və yaralanıb. 

Suriya dövlət mediyası hücumların İsrail tərəfindən həyata keçirilə biləcəyi ilə bağlı məlumat yayıb. İsrail Silahlı Qüvvələrinin nümayəndələri hadisələri şərh etmir.

Bundan əvvəl İsrail müdafiə naziri Aviqdor Liberman demişdi ki, İsrail Suriyadakı hərbi əməliyyatlara haqq qazandırır.

"Biz Rusiyanın olduğu yerlərə hücum etmək və Suriyanın daxili işlərinə qarışmaq niyyətində deyilik”, - Liberman bildirib. O qeyd edib ki, İsrailin əsas problemi İrandır.   

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol