• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyandan SOS: Qarabağ lənəti İrəvanı bürüyür

Paşinyandan SOS: Qarabağ lənəti İrəvanı bürüyür
30.04.2018 17:24
İnsanlar arasında, xüsusən əhalisinin böyük qismi müsəlmanlardan ibarət olan ölkələrdə hələ də yəhudilərin lənətli xalq kimi tanınması öz aktuallığını qoruyur. Məhz "inanclı insanlar”ı vurğulamağıma səbəb bu düşüncənin təzadlı olmasıdır. Düşünün, yaradılışa, Yaradana inanan insanlar həm də o fikirdədirlər ki, Allah ədalətsizdir.

Bəli, məhz ədalətsiz! Günah dini mənbələrdə insanın yetkinlik yaşına çatmasından sonra törətdiyi yanlış əməllərə aid edilən anlayışdır. Amma bu "lənətli xalq” yanaşması həm də o deməkdir ki, məsələn, yəhudi olaraq doğulan uşaq doğulduğu andan etibarən lənətlidir. Hələ həyata dair bir təsəvvürünün, bir günah edəcək gücə sahib olmaması belə onu bu lənətdən qurtara bilməz. Belə çıxır ki, ya Allah insan ayrı-seçkiliyi edir, ya da bu işdə bir əmma var. Elə yazmaq istədiyim məsələ də bu "əmma”dır.

Burada əsas məsələ yanlış siyasət və sistemlərdir. Bir xalq o vaxt lənətli ola bilər ki, yekdilliklə tabe ola bu siyasi lənətə (yanlış düşüncə, yanlış siyasət və sistemlər). Necə ki, erməni xalqı artıq bu prosesin bir addımlığındadır.

Əlbəttə, bir uşağın günahı nədir ki, Ermənistanda doğulub: bu onun seçimi, arzusu deyil, burada birbaşa Yaradıcı Qüvvə rol oynayır. Əgər o uşaq böyüyüb ölkəsinin yanlış siyasətini, düşmənçilik ideyalarını mənimsəyəcəksə, olacaq düşmən.

Bir halda ki uşaqdır, necə bu uşağa qarşı düşmən gözüylə baxasan? Bu, ilk növbədə, bizim əxlaqımıza, inancımıza ziddir.

Ermənistanda baş verən son olaylar bütün dünya mediasının diqqətindədir. Serj Sərkisyanın baş nazirliyə gəlməklə yenidən hakimiyyəti ələ keçirməsinə və korrupsiyaçı hakimiyyətə qarşı aprelin 13-dən etibarən kütləvi etiraz aksiyaları keçirildi. Aksiyalara millət vəkili Nikol Paşinyan rəhbərlik etdi və qələbə qazandı.

Ancaq son açıqlamalarından məlum oldu ki, o, Azərbaycana qarşı mövqeyi, öz millətini yanlış siyasətilə, düşmənçilik iddialarıyla "lənətlənmiş xalq” olaraq tanıdan Sərkisyandan fərqlənməyəcək, hətta daha sərt mövqeyi ilə erməni xalqını daha çox lənətə gətirəcək.

Artıq Paşinyan on illərdir həllini tapmayan Qarabağ məsələsinə qarşı Azərbaycanın həssaslığını "aqressiv siyasət” kimi qiymətləndirib, ordunu gücləndirmək haqda planlar qurur.

Biz heç vaxt erməni xalqını yaşadığımız faciələrdə birbaşa günahkar görməmişik. Ancaq ölkə rəhbərliyinin qanunsuzluqlarına etiraz edə bilən və istəyinə də nail ola bilən xalqın Qarabağ məsələsində geri planda qalması, hökumətin düşmənçilik siyasətinə qoşulması onları da birbaşa bu düşmən mövqeyə ortaq etmiş olur.

Nikol Paşinyan son açıqlamasıyla dünyaya "lənətli olmaq” arzusunun siqnalını verdi. Görünür, erməni xalqının növbəti dəfə "lənətli xalq” olmaqdan qurtulmaq arzusu da ürəyində qaldı. Çünki lənətdən qurtulmaq üçün tapındıqları siyasətçi qonşularla pis münasibətləri qoruyub saxlamaqla, ölkəni yenə də "təcrid edilmiş ada”ya çevirməklə məşğul olacaq; imana gəlib, lənətdən qurtulmaq üçün getdikləri Eçmiədzində isə onları elə "xaç suyuna” çəkirlər ki, o su qətiyyən lənəti aparmır, əksinə, lənət üstünə lənət gətirir.

Görünür, onlar istəsələr də lənətdən çıxa bilməyəcəklər – İlahi hökm belədir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol