• $
  • €
  • ₽
  • ₺
  • £

Sərkisyan təcili Moskvaya getdi

Sərkisyan təcili Moskvaya getdi
02.05.2018 10:04
Robert Köçəryan və Serj Sərkisyan Ermənistanı təcili tərk ediblər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Jamanak” qəzeti yayıb. Eks-prezidentlərin Moskvaya getdiklərini bildirib. Onların Rusiya hakimiyyətinin nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

Köçəryan və Sərkisyanın bu qərarı, görünür, o qədər də gözlənilməz olmayıb. Sərkisyanın parlamentdəki baş nazir seçkisindən bir gün öncə Respublika Partiyasının deputatları ilə görüşməsi və onları Nikol Paşinyana səs verməməyə çağırması bu səfərin baş tutacağını təxmin etməyə imkan verirdi. Artıq dünəndən etibarən müxalif qəzetlər hökumətin aktiv olaraq növbədənkənar seçkiyə hazırlaşdığı haqqında məlumat yayır. Seçkidə Paşinyana respublikaçıların səs verməməsi bu məlumatların həqiqət olduğuna ciddi əsaslar verir.

Paşinyanın isə dünənki seçkidən dərhal sonra xalqa müraciətində hər kəsi genişmiqyaslı etirazlara çağırdı. Paşinyan ilk dəfə olaraq çıxışı zamanı etirazçıların öz etdiklərinə görə vətəndaşlardan üzr istəməmələri gərəkdiyini bildirdi:

"Baş verənlərə, yaratdığını narahatlıqlara görə əhalidən üzr istəməyin. Ona görə ki, aktivistlərin fəaliyyətindən narahat olan vətəndaşların sayı bundan sonra barmaqla sayılacaq qədər olacaq. Bunlar Armen Aşotyan, Ara Babloyan və Vaqram Baqdasaryandır”.

Dünən həmçinin Respublika Partiyasının fəal üzvlərindən olan Feliks Çolakyan da partiyadan imtina etdi. Çolakyan Şirak vilayətinin keçmiş qubernatoru və deputatdır. Çolakyanın rəhbərlik etdiyi vilayətdə Rusiyanın hərbi bazası yerləşir və bu da onun sadə siyasətçi olmadığını göstərir. Çolakyan həm də ehtiyatda olan general-leytenantdır. O, bir müddət Ermənistan Milli Təhlükəsizlik Xidməti rəisinin müavini kimi çalışıb.

İrəvandakı hakim rejimin dünənki qərarından sonra daha bir bəyanat isə Avropa Birliyindən gəlib. AB yenidən demokratik Ermənistanı dəstəklədiyini bəyan edib. Rəsmi Brüssel budəfəki bəyanatında da konkret mövqe ortaya qoymayıb.

Qeyd edək ki, dünən Ermənistan parlamentində keçirilən seçki zamanı Nikol Paşinyan baş nazir seçilməyib. Paşinyanın lehinə 45, əleyhinə isə 56 deputat səs verib. Hakim Respublika Partiyası Paşinyanı dəstəkləməkdən imtina edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol