• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada kriminal müharibə alovlanır

Rusiyada kriminal müharibə alovlanır
07.05.2018 13:00
Kriminal aləmdə "Şakro Molodoy” kimi tanınan Zaxariy Kalaşov həbsə göndərilmədən Donbassdan qayıdan Edik Osetrin onun klanına təzyiq göstərməyə başlayıb.

"Ölkə.Az” xəbər verir ki, 1 nömrəli "qanuni oğru” Zaxariy Kalaşovun artıq qohumlarına zərbələr endirilir.

Edik son dövrlər Krasnodar vilayəti və Rostovda pay almaq üçün mübarizəyə başlayıb. Ediki Ded Xasanın ətrafı dəstəkləyir.

Osetrin son dövrlər Donbass şəhərində olub və burada yerli cinayətkar qruplaşma və iş adamları ilə münasibətlər qurub. Geri qayıtdıqdan sonra isə hüquq-mühafizə orqanlarının "toxunulmaz qanuni oğrular” siyahısına düşüb.

Moskvada Edik zirehli "Mercedes S Class” və mühafizəçilərin müşayəti ilə gəzir. O, Ded Xasanın tərəfdarlarını ətrafına toplaya bilib. Tez-tez kriminal general Vaqif Süleymanov və Dmitri Çanturiya ilə görüşür.

Eyni zamanda Şişkan kimi tanınan Oleq Şişkanovla da əlaqə saxlayır. Şişkan isə Osetrinlə əlaqələrini biruzə vermir. Şakro isə vaxtında Şişkanovun dünyaya gələn yaxın qohumlarından birinin xaç atası olub.

Hazırda Şişkan 1 nömrəli "qanuni oğru” postuna əsas namizəddir. Kalaşov isə buna etiraz etməyib. Amma Osetrin faktiki olaraq Şakro klanına hücuma başlayıb.

Hazırda David Ozmanov (Dato), Nodar Asoyan (Nodar) və Şalva Ozmanov (Kuso) Osetrinin hədəfindədir. Krasnodar və Rostov vilayətləri bu üçlüyün nəzarəti altındadır.

Ehtimal edilir ki, Kalaşov Moskvada olduğu müddətdə Osetrin onun klanı ilə birbaşa müharibə aparmağa cürət etməyəcək. Sonrakı hadisələr Şakronun həbsxanada hansı rejimdə saxlanılacağından asılı olacaq. Əgər ətraf mühitlə əlaqəsi kəsilsə, Osetrinin əl-qolu açılacaq. O zaman vəziyyət əsl kriminal müharibəyə çevriləcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol