İsrail Suriyaya raket zərbəsi endirib

İsrail hərbçiləri Suriyanın paytaxt Dəməşqin cənubundakı ərazilərinə raket zərbəsi endirib.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.
"Suriya havadan müdafiə qüvvələri İsrailin iki raketini Dəməşq əyalətinin Kisva rayonu üzərində məhv etməyə müvəffəq olub”, - deyə məlumatda bildirilir.
İsrail Müdafiə Nazirliyi raket zərbəsini və insidentlə əlaqəli olmasını şərh etməkdən imtina edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















