• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanda təyyarə hissələri zavodu açılıb

Gürcüstanda təyyarə hissələri zavodu açılıb
10.05.2018 22:40
Gürcüstanın paytaxtı Tbilisidə Cənubi Qafqazda ilk təyyarə hissələri zavodunun açılışı olub.
 
APA-nın yerli bürosunun məlumatına görə, ötən ilin iyulundan inşasına başlanmış ATC (Aero-Structure Technologies Cyclone) müəssisəsi Gürcüstanın "Tərəfdaşlıq Fondu” və İsrailin "Elbit Cyclone” şirkəti tərəfindən yaradılıb. Layihənin ümumi investisiya dəyəri 93 milyon dollar təşkil edir.
Yüksək texnologiyalarla təchiz olunmuş zavodun rəsmi açılış mərasimində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, hökumət, diplomatik korpus və biznes sektorun nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən G.Kvirikaşvili deyib ki, Gürcüstan beynəlxalq aviasənaye xəritəsində öz yerini tutur və bu sahə üzrə regionda liderə çevrilir. Müəssisədə mülki aviasiya üçün kompozit materiallardan detallar, qapı, idarəetmə paneli və digər hissələr istehsal olunacaq. İlk məhsullar sertifikatlaşmadan sonra 2019-cu ilin əvvəlində istehsal ediləcək. Məhsulların 100%-i ixraca yönəldiləcək və onların əsas istehlakçıları "Boing”, "Bombardier” və "Airbas”  kimi dünyanın aparıcı şirkətləri olacaq. Müəssisənin növbəti 5 il ərzində genişlənməsindən sonra illik dövriyyə 60 milyon dollardan çox olacaq.

Hazırda zavodda təxminən 80 nəfər çalışır. Müəssisə tam işə düşəndən sonra 300 nəfərin işlə təmin olunacağı gözlənilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol