Paşinyan yeni müdafiə nazirini təyin etdi

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin yeni müdafiə nazirini təyin edib.
Anews.az-ın Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu vəzifəyə fövqəladə hallar nazirinin vəzifələrini icra edən David Tonoyan təyin olunub.
N.Paşinyan bu barədə qərarı Ermənistan Nazirlər Kabinetinin bugünkü iclasında verib. İclas zamanı hökumətin digər üzvlərinin də təyin olunacağı bildirilib.
Qeyd edək ki, bundan öncə Ermənistanda müdafiə naziri Vigen Sarkisyan olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















