• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir ölkə Qüdsdə səfirlik açdı

Daha bir ölkə Qüdsdə səfirlik açdı
21.05.2018 17:44
ABŞ və Qvatemaladan sonra Paraqvay da İsraildəki səfirliyini paytaxt Təl-Əvivdən Qüdsə köçürüb. 
 
AzVision.az xarci KİV-ə istinadən xəbər verir ki, bu gün baş tutan açılış mərasimində Paraqvay prezidenti Orasio Kartes və İsrailin baş naziri Benyamin Netanyahu iştirak ediblər.

Xatırladaq ki, BMT-nin 1947-ci ildə qəbul olunan qətnaməsinə əsasən, Qüds şəhəri beynləxalq statusa malikdir və nə İsrail, nə də Fələstinin birtərəfli paytaxtı deyil. Bu səbəbdəndir ki, heç bir dövlət indiyədək orada səfirlik açmayıb. 1967-ci ildəki 6 günlük müharibədə İsrail Qüdsün fələstinlilərə məxsus şərq hissəsini də işğal edərək, 1980-cı ildə şəhəri birtərəfli qaydada özünün paytaxtı elan edib. BMT Təhlükəsizlik Şurasının İsrailin bu addımını pisləyən qətnaməsi qəbul olunub. Lakin ABŞ həmin sənədin səsverməsinə qatılmayıb.

İsrailin Şərqi Qüdsü işğal etməsinə baxmyaraq, indiyədək orada yaşayan fələstinlilərə İsrail vətəndaşlığı verilməyib. 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 2017-ci ilin dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıdığına dair qərar qəbul edib. Bu il mayın 14-də isə Amerika İsraildəki səfirliyini rəsmi olaraq Qüdsə köçürüb. Buna etiraz edən 10 mindən çox fələstinlinin Qəzza zonasındakı aksiyasını dağıtmaq üçün İsrail ordusu silahlı güc tətbiq edib. Nəticədə 62 fələstinli ölüb, 3 mindən çoxu yaralanıb. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol