• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan 200 deputatı parlamentdən uzaqlaşdırır

Ərdoğan 200 deputatı parlamentdən uzaqlaşdırır
21.05.2018 18:19
Türkiyədə 24 iyunda keçiriləcək parlament seçkilərində ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasından (AKP) hazırda mandat daşıyan 200 deputatın yenidən millət vəkili seçilməsinə icazə verməyəcək.
 
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə partiya kulislərində artıq neçə gündür söhbətlər dolaşır.

Bütün siyasi partiyalar deputatlığa namizədlərinin siyahısını hazırlayıb başa çatdırıb. Siyahılar bu gün Ali Seçki Komisiyasına təhvil veriləcək. AKP-də isə siyahıya daxil olmayan namizədləri bir-bir özü müəyyənləşdirən Ərdoğan sonuncu dəfə siyahıya göz gəzdirərək, sənədin yekun variantını təsdiqləyib. 

"Sözcü”nün məlumatına görə, hər parlament seçkisi öncəsi AKP-dən olan millət vəkillərinin təqribən 50 faizini dəyişdirən Ərdoğan, bu dəfə daha çox deputatı Türkiyə Böyük Millət Məclisindən uzaqlaşdıracaq. 316 millət vəkilindən 200-nün parlamentdən uzaqlaşdırılacağı gözlənilir.

Qeyd olunub ki, siyahıdan kənar qalacaq adlar seçkilərdən sonra nazirlik, yaxud bələdiyyə sədrliyi xülyası qurmaqla özlərini təsəlli edəcəklər. Həmçinin vurğulanıb ki, AKP-dən deputatlığa namizədlər siyahısına daxil olmaq uğrunda yaxın ətrafı və dostlarından gələn xahişləri azaltmaq üçün Ərdoğan Bosniyaya səfər edib. Bundan əvvəlki seçkilər ərəfəsində də o, eyni məqsədlə bir günlük İrana səyahətə çıxmışdı. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol