• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan hakimiyyətə niyə gətirildi?

Paşinyan hakimiyyətə niyə gətirildi?
28.05.2020 17:49
Ermənistanda hakimiyyətə Nikol Paşinyanın gətirilməsi təsadüfi deyil.

Publika.az xəbər verir ki, bu barədə yazan "kavkazplus” saytı Paşinyanın hakimiyyətə gətirilməsi ilə bağlı maraqlı versiya irəli sürüb.

Paşinyanın adındakı ilk 4 hərfə diqqət çəkən sayt yazır ki, "Paşa” Osmanlıda əyalətləri idarə edən "sərdarlara” deyilirdi.

"Qərbdə simvolikanı çox sevirlər və hesab etmək olar ki, Paşinyan Ermənistanın "Paşa”sıdır, yəni "Ermənistanın sərdarı”. ABŞ NATO-da Türkiyə ilə müttəfiq olsa da, Ankaranın müstəqil siyasətini qəbul etmir və daha çox vassal olmasını arzulayır. Hesab etmək olar ki, Amerika tərəfindən Ermənistanda hakimiyyətə gətirilən "paşa” Türkiyə ilə yeni münasibətlər quracaq. ABŞ da Ermənistanın Türkiyə vasitəsilə tranzit açmasını istəyir. Lakin Paşinyan Azərbaycan torpaqlarının işğalı faktını kənara qoyaraq, Ankara ilə münasibətlər qurmaq niyyətindədir. Bu, mümkün deyil. Onun mayın 30-31-də Tbilisiyə səfər planı da əslində Türkiyəyə qarşı yeni presedent yaratmaq gedişidir”, - deyə sayt qeyd edir.

Sayt yazır ki, Paşinyan Gürcüstandan iqtisadi dəstək də almağı planlaşdırır: "O, Tbilisidən Rusiyaya Abxaziya üzərindən tranzit açılmasına icazə istəyəcək. Buna nail olaraq, Paşinyan Azərbaycan və Türkiyə ilə danışıqlarda "arqument” qazanacaq və deyəcək: "Budur, gürcülər onların ərazisini işğal edən Rusiya ilə Abxaziya üzərindən tranzit açmağımıza icazə verdilər. Burada heç bir qorxulu şey yoxdur. Qarabağ problemi də tranzit üçün heç bir maneə yarada bilməz. Gəlin unudaq və təmiz səhifədə iqtisadi münasibətlər quraq”. Məlumdur ki, belə kapitulyasiya ilə Türkiyə və Azərbaycan razılaşmayacaq. Bəs, Gürcüstan hökumətində anlayırlarmı ki, onlar meydana yenicə çıxmış erməni "Paşası” və onun Vaşinqtondakı "sahiblərinə” təslim olmaqla milli maraqları tapdalayırlar? Əsas sual budur”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol