• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ rus silahlarını niyə tərifləyir? – Uğurlu gediş

ABŞ rus silahlarını niyə tərifləyir? – Uğurlu gediş
30.05.2018 17:16
Rusiyanın hərbidəki uğurlarını təqdir etməsi, xüsusilə də yeni silahlarla bağlı çıxışları daxili bazara, ictimaiyyətin yönləndirilməsinə hesablanıb.

Bunu Axar.az-a Rusiyanın yeni radioelektron mübarizə silahları hazırlaması ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Rusiya müasir radioelektronika sahəsində çox öyünə bilməz:

"Çünki Rusiya bu sahədə Qərb, xüsusilə də ABŞ-dan ən azı 10 il geri qalır. Rusiyanın ABŞ-ın raket, eləcə də raketdən müdafiə sistemlərinin elektronik sistemlərini sıradan çıxarmaq üçün hansısa uğur qazanacağına inanmıram. ABŞ yeni silahların idarə edilməsində sürətli inkişaf yolundadır və Rusiyanın istənilən texnoloji yeniliklərini nəinki qabaqlayır, onların zərərsizləşdirilməsində çox qısa zamanda uğurlu nəticələr əldə edə bilər. Bu sarıdan Rusiyanın hərbidəki uğurlarını təqdir etməsi, xüsusilə də yeni silahlarla bağlı çıxışları daxili bazara, ictimaiyyətin yönləndirilməsinə hesablanıb. Bunu köhnə sovet təbliğatının davamı kimi dəyərləndirmək olar. Rusiyadan fərqli olaraq, ABŞ-ın siyasəti, xüsusilə silahlanma sahəsində uğurlarını çox təvəzökarlıqla işıqlandırmaqla və bəzən özünün geridə qalması haqqında təsəvvürlər yaratmaqla uğurlu piar əməliyyatı aparır”.

Qeyd edək ki, Rusiya "Radioelektron Texnologiyaları” konserninin baş direktorunun müavini Vladimir Mixeyev ölkəsinin yeni radioelektron mübarizə silahları hazırlayacağını açıqlayıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol