• $
  • €
  • ₽
  • ₺
  • £

"Qanuni oğru"lar məhkəmə qarşısında

"Qanuni oğru"lar məhkəmə qarşısında
05.06.2018 11:03
Fransanın Nansi şəhər məhkəməsində qafqazlılardan ibarət 34 nəfərlik cinayətkar qrupun məhkəməsi başlayıb.

Lent.az-ın "romandie.com” saytına istinadən xəbər verir ki, Gürcüstan, Ermənistan, Azərbaycan və Rusiya vətəndaşlarından ibarət qruplaşma üzvləri 2013-cü ildən etibarən Fransa, Almaniya, İsveçrə və Belçikada kütləvi oğurluq və qarətlər təşkil etməkdə təqsirli bilinirlər. Onlara qarşı oğurluq, xərac toplama və çirkli pulların yuyulması ittihamı irəli sürülüb.

Müstəntiq bildirib ki, dəstə üzvləri arasında ciddi ierarxiya mövcuddur. Fransada onların əsas "hədəfi” Strasburq olub. Təqsirləndirilən şəxslərin yaşları 25-61 arasında dəyişir. Qeyd edək ki, qruplaşma üzvləri Gürcüstanın Avropolla əməkdaşlığı sayəsində 16-17 aprel tarixlərində keçirilmiş "Caucase Normandie” adlı əməliyyat nəticəsində Fransa və Yunanıstanda ələ keçib. Saxlanılanlar arasında 4 gürcü "qanuni oğru” da var.

Belə ki, Fransada transmilli cinayətkar qruplaşmanın 15 üzvü saxlanılıb ki, onların arasında 14 Gürcüstan və 1 Ermənistan vətəndaşı olub. Yunanıstanda isə 23 Gürcüstan vətəndaşı saxlanılıb. Onlar mənzil və mağazalardan soyğunçuluq etməklə yanaşı, oğurlanmış əşyaların satışı ilə məşğul olublar.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol